İspaniyada pensiyaçılar üçün səyahət proqramı populyarlıq qazanıb
Bakı, 17 fevral, AZƏRTAC
İspaniyada pensiyaçılar müddətindən asılı olaraq 115-455 avro arasında səyahət subsidiyaları almaq hüququna malikdir.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, İspaniya hökuməti tərəfindən pensiyaçılar üçün 2021-ci ildən tətbiq edilən IMSERSO proqramı ölkədə pandemiya sonrası səyahətlərdə artım başlayandan bəri daha da populyarlıq qazanıb.
Yaşlılar və Sosial Xidmətlər İnstitutu - IMSERSO sosial xidmətlərin idarə edilməsinə cavabdeh olan dövlət qurumudur. Onun əsas vəzifələrindən biri İspaniyada yaşlı insanların münasib qiymətə istirahətini təşkil etməkdir. Proqramın ideyası ondan ibarətdir ki, təqaüdçülərin istirahəti əlçatan olduqda, onların sağlamlığı və həyat keyfiyyəti yaxşılaşır. Bu da öz növbəsində sosial qurumların büdcəsinə müsbət təsir göstərir.
IMSERSO proqramı, həmçinin iqtisadiyyata və turizm sektoruna fayda verir. Subsidiya səyahətlərinin çoxu mövsümdən kənar dövrlərə - adətən oktyabrdan iyun ayınadək verilir ki, bu da turizm sektorunun daha uzun müddət gəlir gətirməsinə səbəb olur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [20:58]
İran Prezidenti: Biz bərabər hüquqlar istəyirik
- 23.09.2026 [20:13]
Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə olunur
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]