İSPANİYADA TERRORİZMLƏ ƏLAQƏDƏ ŞÜBHƏLİ BİLİNƏN 10 NƏFƏR TUTULMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, İspaniya polisi ölkənin cənubundakı Alixant, Mürsi və Qrenada şəhərlərində əməliyyat apararaq terrorizmlə əlaqəsi olmaqda şübhəli bilinən 10 nəfəri həbs etmişdir. Axtarış zamanı onlardan külli miqdarda narkotik maddə və 35 min avro tapılmışdır. Bu barədə ölkənin daxili işlər naziri Xose Antonino Alonso keçirdiyi mətbuat konfransında məlumat vermişdir.
Nazir tutulanların narkotik maddələrin satışından əldə etdikləri gəlirlə terrorçu qrupları maliyyələşdirdiklərini, Almaniyada, Fransada, Böyük Britaniyada, Belçikada və Danimarkada gizli fəaliyyət göstərən terror qrupları ilə əlaqə saxladıqlarını bəyan etmişdir.
Həbs olunanların Əl-Qaidənin Əlcəzairdəki qolunun üzvləri olduğu ehtimal edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:33]
ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb
- 07.10.2026 [12:26]
Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb
- 07.10.2026 [12:05]
Fransada qadınlara çağırış edildi: Oktyabrın 13-də iş dayandırılır
- 07.10.2026 [12:00]
Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır
- 07.10.2026 [11:56]
Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib
- 07.10.2026 [11:40]