İSRAİL AZƏRBAYCAN NEFTİNİN UZAQ ŞƏRQƏ NƏQLİ ÜZRƏ MƏRKƏZ OLACAQDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, yaxın 3 ay müddətində İsrailin “Eliat-Aşkeron” Boru Kəmərləri Şirkətinin (EAPC) təşəbbüsü ilə Azərbaycan neftinin Türkiyənin Ceyhan limanından başlamaqla İsraildəki infrastrukturlar vasitəsilə Uzaq Şərq ölkələrinə nəqlini həyata keçirmək üçün enerji və gəmiçilik firmalarından ibarət konsorsiumun yaradılması planlaşdırılır.
Ceyhan limanından tankerlərlə Aşkeron limanına daşınacaq xam neft Eliat boru kəmərinə vurulacaq və oradan da yenə tankerlər vasitəsilə Uzaq Şərq ölkələrinə çatdırılacaqdır. Bütün bu proseslərin 5 gün ərzində həyata keçiriləcəyi bildirlir.
EAPS şirkəti Türkiyə ilə İsrail arasında xam neft daşıyacaq 250 min ton tutumu olan tankerlərin, Qırmızı dənizdən isə Uzaq Şərq limanlarına xam nefti çatdıracaq 320 min tonluq tankerlərin əldə olunması istiqamətində fəaliyyətini davam etdirir. Ceyhan terminalındakı hazırlıq işlərinə 300 milyon dollar vəsait ayrıldığı xəbər verilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.05.2026 [18:07]
Tacikistan Azərbaycanın aqrar sahədə təcrübəsini öyrənməkdə maraqlıdır
- 13.05.2026 [17:29]
Ötən ay OPEC-in gündəlik neft hasilatı 19 milyon bareldən aşağı enib
- 13.05.2026 [17:24]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 13.05.2026 [17:21]
OPEC: Bu il qlobal neft tələbatı sutkada 106,3 milyon barel olacaq
- 13.05.2026 [17:07]