İsrail Britaniyanın Qüdsdəki baş konsulluğunu bağlayacağını açıqlayıb
London, 8 sentyabr, AZƏRTAC
İsrail Böyük Britaniyanın Qüdsdəki baş konsulluğunu bağlamaq qərarına gəlib.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Gideon Sa’ar Böyük Britaniyanın İordan çayının qərb sahilindəki İsrail yaşayış məntəqələrinə qarşı sanksiyalar tətbiq edəcəyini açıqlamasından sonra bildirib.
Gideon Sa’ar qərarın Britaniyanın Leyboristlər hökumətinin İsrailə qarşı qəbul etdiyi bir sıra qərarlara cavab olduğunu deyib. O, Britaniya hökumətini düşmən mövqe tutmaqda və sistemli şəkildə İsrail dövlətinə qarşı fəaliyyət göstərməkdə ittiham edib. İsrailin xarici işlər naziri, həmçinin Böyük Britaniya hökumətini oktyabrın sonunda keçiriləcək İsrail seçkilərinə müdaxilə etməkdə günahlandırıb.
Gideon Sa’ar Britaniyanın İsrail məhsullarına qarşı boykot qərarını da kəskin tənqid edib. O, Qüdsün şərqində yerləşən E1 yaşayış məntəqəsi ilə bağlı Böyük Britaniyanın açıqlamalarına toxunaraq, bu layihə üzrə yeni qərarların qəbul edilmədiyini bildirib. Böyük Britaniya hökumətinin məlumatına görə, ölkənin Qüdsdəki baş konsulluğu Britaniya hökumətini Qüds, İordan çayının qərb sahili və Qəzzada təmsil edir, həmçinin Böyük Britaniya ilə Fələstin arasında siyasi, kommersiya, təhlükəsizlik və iqtisadi məsələlər üzrə fəaliyyət göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:24]
Yunanıstan BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etməyə başlayıb
- 01.10.2026 [13:08]
ABŞ-nin sutkalıq neft hasilatı 14 milyon barelə çatır
- 01.10.2026 [12:58]
Birləşmiş Ştatların neft ehtiyatları artır
- 01.10.2026 [12:51]
Qazaxıstanda yaşlı əhalinin sayı 2,9 milyona yaxınlaşıb
- 01.10.2026 [12:39]
Rumıniyada hökumət böhranı: Növbəti siyasi addımlar müzakirə olunur
- 01.10.2026 [12:37]