İSRAİL DÖVLƏTİNİN PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB ŞİMON PERESƏ
Hörmətli cənab Prezident,
İsrail Dövlətinin Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında yaranmış dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost xalqınızın rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 14 iyun 2007-ci il.