İsrail Qəzzanın silahsızlaşdırılmasını gələcək məskunlaşma prosesinin əsas şərti sayır
Bakı, 30 iyul, AZƏRTAC
İsrail Qəzza zolağında gələcək məskunlaşma prosesinin həyata keçirilməsi üçün HƏMAS-ın tam tərksilah edilməsində və anklavın silahsızlaşdırılmasında israr edir.
AZƏRTAC xəbər verir ki, bu barədə İsrail Baş nazirinin müşaviri Dmitri Gendelman bildirib.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurasının Qəzza ilə bağlı 15 bəndlik planında İsrailin bu tələbləri kifayət qədər əksini tapmayıb. Gendelman qeyd edib ki, HƏMAS silahsızlaşdırılmayana qədər İsrail Qəzza zolağındakı "Sarı Xətt"dən geri çəkilməyəcək.
Müşavir, həmçinin İsrail Baş naziri ilə ABŞ Prezidenti arasında Vaşinqtonda keçirilən görüşdə Qəzza məsələsinin müzakirə olunmadığını bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]
Fransanın dövlət borcu rekord həddə çata bilər
- 21.09.2026 [11:53]
ABŞ-də dizelin qiyməti ilk dəfə 6,50 dolları keçib
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Bu gün Beynəlxalq Sülh Günüdür
- [09:00]