İstanbulda 28 May – Respublika Günü qeyd edilmişdir
Ankara, 29 may (AZƏRTAC). Azərbaycanın İstanbuldakı baş konsulluğu 28 May - Respublika Günü münasibətilə tədbir keçirmişdir.
Tədbirdə İstanbul valiliyi və bələdiyyəsinin rəsmiləri, Türkiyə Böyük Millət Məclisinin deputatları, xarici ölkələrin İstanbulda akkreditə olunmuş diplomatik nümayəndəliklərinin rəhbərləri, qardaş ölkədə yaşayan azərbaycanlılar iştirak etmişlər.
Tədbirdə çıxış edən Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov Azərbaycanın müstəqillik yolundan, ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasından və Prezident İlham Əliyevin liderliyi ilə ölkəmizdə aparılan quruculuq işlərindən bəhs etmişdir.
Tədbirin sonunda Azərbaycanın Xalq Artistləri Brilliant Dadaşova və Yalçın Rzazadənin iştirakı ilə bayram konserti olmuşdur.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2026 [16:30]
Osman Kepenek: Cənubi Qafqazın əsas lokomotivi Azərbaycandır
- 07.05.2026 [15:27]
Rusiya XİN Bakının Avropa Parlamenti ilə əlaqələri kəsməsini şərh edib
- 07.05.2026 [10:47]
Ukraynalı deputat: WUF13 şəhərlərin gələcəyinə təsir edəcək real alətdir
- 07.05.2026 [09:42]