İstanbulda avtomobil qəzası beş nəfərin həyatına son qoyub
Bakı, 5 mart, AZƏRTAC
İstanbulda avtomobilin piyadaları vurması nəticəsində beş nəfər ölüb, bir nəfər yaralanıb.
AZƏRTAC CNN Türk telekanalına istinadla xəbər verir ki, qəza şəhərin Asiya tərəfindəki Pendik rayonunda baş verib. Yüksək sürətlə hərəkət edən avtomobil yolu keçmək istəyən beş piyadaya çırpılıb. Qəza zamanı onların hamısı həyatını itirib. Avtomobildə sıxılıb qalan sürücü isə çıxarılaraq xəstəxanaya çatdırılıb.
İlkin ehtimallara görə, qəzaya piyadaların magistralı nəzərdə tutulmayan hissəsindən keçməsi səbəb olub. Hadisə ilə bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [20:28]
Tramp husilərə xəbərdarlıq edib
- 13.10.2026 [20:24]
ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək
- 13.10.2026 [20:21]
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir
- 13.10.2026 [18:49]
Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib
- 13.10.2026 [18:42]