İstanbulda BMT-nin regional ofisi yaradılacaq
İstanbul, 28 dekabr, AZƏRTAC
İstanbulda Birləşmiş Millətlər Təşkilatının İnkişaf Koordinasiya Regional Ofisi yaradılacaq.
AZƏRTAC xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komitəsi son iclasında BMT-nin İnkişaf Koordinasiya Mərkəzinin İstanbulda Regional Ofisinin yaradılması haqqında sazişin təsdiq edilməsi haqqında qanun layihəsini dəstəkləyib. Layihənin yeni ildə TBMM-in Baş Məclisində müzakirəyə çıxarılması gözlənilir.
İstanbulda yaradılacaq ofis BMT-nin Avropa və Mərkəzi Asiya üzrə 18 rezident əlaqələndiricisinə dəstək verəcək. Bununla əlaqədar açıqlama verən xarici işlər nazirinin müavini Burak Akçapar bildirib ki, həmin ofisin yaradılması Türkiyənin İstanbulu Nyu-York və ya Cenevrə kimi BMT mərkəzinə çevirmək vizyonuna uyğundur və bu məqsədə xidmət edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [12:57]
“Samsung” rüblük əməliyyat gəlirlərindəki rekordunu yeniləyib
- 08.10.2026 [12:22]
Fransa: Marin Lö Penin 140 milyard avroluq qənaət planı tənqid olunub
- 08.10.2026 [12:04]
Pakistanda 9 terrorçu zərərsizləşdirilib
- 08.10.2026 [11:48]