İstanbuldakı Heydər Əliyev Parkında keçirilən ədəbiyyat tədbirində Azərbaycan bölməsi yaradılıb VİDEO
İstanbul, 12 may, AZƏRTAC
İstanbulun Sarıyer rayonunda yerləşən Heydər Əliyev parkında VII Sarıyer Ədəbiyyat Günlərinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, burada ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə, o cümlədən Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə dair nəşrlərdən ibarət bölmə yaradılıb.
Azərbaycanın İstanbuldakı Baş konsulluğu tərəfindən qurulan bölmədə ulu öndər Heydər Əliyevə, eləcə də Cümhuriyyətimizə dair müxtəlif dillərdə, həmçinin türk dilində çap olunan nadir əsərlər nümayiş etdirilir.
Mayın 13-dək davam edəcək tədbir başa çatandan sonra kitablar oxuculara hədiyyə olunacaq.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul