İstanbulun Boğaziçi Universitetində icazəsiz aksiyalar zamanı saxlanılanların 498-i sərbəst buraxılıb
İstanbul, 4 fevral, AZƏRTAC
İstanbulun Boğaziçi Universitetində keçirilən icazəsiz aksiyalar zamanı ümumilikdə 528 nəfər saxlanılıb. Onlardan ikisi həbs edilib, 108-i şərti olmaqla, ümumilikdə 498-i sərbəst buraxılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər nazirinin müavini İsmail Çataklı mətbuat nümayəndələri üçün brifinqdə deyib.
Nazir müavini, eyni zamanda, yanvar ayı ərzində ölkə daxilində təhlükəsizlik tədbirləri çərçivəsində keçirilən əməliyyatlar zamanı 73 terrorçunun ələ keçirildiyini deyib.
Qeyd edək ki, Boğaziçi Universitetindəki hadisələr yanvarın 2-də professor Melih Bulunun rektor təyin edilməsinə etiraz olaraq başlayıb. Universitetdə son hadisələr isə Müqəddəs Kəbənin fotoşəkillərinin ali təhsil müəssisəsinin həyətində yerdə nümayiş etdirilməsi ilə bağlıdır. Etirazlar zamanı saxlanılanların böyük əksəriyyətinin Boğaziçi Universiteti ilə əlaqəsinin olmadığı, bəzilərinin isə terror qruplaşmalarına üzv olduqları müəyyən edilib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]
Misirdə müxtəlif dövrlərə aid qədim məzarlar aşkarlanıb
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
Hörmüz boğazında gəmi vurulub
- [14:13]
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]