İstismarına icazə verilən yeni çoxmənzilli binalarda növbəti səyyar sənəd qəbulu keçiriləcək
Bakı, 4 avqust, AZƏRTAC
Bakı şəhərində istismarına icazə verilən yeni çoxmənzilli binalarda növbəti səyyar sənəd qəbulu keçiriləcək.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində növbəti səyyar sənəd qəbulu avqustun 5-də Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, İ.Talıblı küçəsi, 6 ünvanında, avqustun 7-də isə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 215 ünvanında baş tutacaq.
İyulun 24-dən bərpa olunan səyyar sənəd qəbulu prosesi çərçivəsində artıq dörd ünvanda, ümumilikdə 145 mənzilin sənədlərinin qəbulu aparılıb.