İsveç hökuməti ən böyük islahatlar paketini təqdim edəcək
Stokholm, 29 avqust, Nərgiz Cəfərli, AZƏRTAC
İsveç hökuməti bu il islahatlar üçün rekord həcmdə - 80 milyard kron (7,4 milyard dollar) məbləğində büdcə təqdim edəcək.
AZƏRTAC xəbər verir ki, bu, pandemiya illəri istisna olmaqla, ölkə tarixində ən böyük məbləğdir.
Maliyyə naziri Elizsabet Svantesson büdcənin böyük olmasını tənəzzül şəraitində iqtisadiyyatın canlandırılmasının zəruriliyi ilə izah edir. Əsas diqqət ev təsərrüfatlarının dəstəklənməsinə yönəlib. Ailələr və işçilər, o cümlədən biznes üçün də əhəmiyyətli vergi güzəştləri nəzərdə tutulub.
Müxalifət hakimiyyəti tənqid edir. Sosial Demokratlar hesab edirlər ki, kabinet iqtisadiyyat üzərində nəzarəti itirib və yenidən özündən sonra kəsir buraxmaq riski daşıyır. Mərkəz Partiyası bəyan edir ki, hökumətin işsizliyi azaltmaq, iqtisadi artımı stimullaşdırmaq və tullantıları azaltmaq üçün dəqiq strategiyası yoxdur.
İslahat paketini maliyyələşdirmək üçün dövlət vəsaitin bir hissəsini borc götürməli olacaq, lakin Svantesson tənəzzül kontekstində bunun təbiiliyində və büdcə qaydalarına uyğun olmasında israrlıdır.
Büdcə hazırkı hökumət üçün seçkilər ərəfəsində sonuncu olacaq və bir çox müşahidəçi bunu hakimiyyətin seçicilər arasında mövqelərini gücləndirmək cəhdi kimi qiymətləndirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [18:40]
Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər
- 07.06.2026 [18:05]
ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq
- 07.06.2026 [15:01]
Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb
- 07.06.2026 [13:16]
Seul Şimali Koreyanı 1,5 milyon ton kömür ixracında ittiham edir
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]
Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib
- 06.06.2026 [17:11]