İsveç hökuməti məktəbəqədər yaşlı uşaqlar üçün dil hazırlığında islahat həyata keçirəcək
Stokholm, 22 noyabr, Nərgiz Cəfərli, AZƏRTAC
İsveç hökuməti uşaq bağçalarında İsveç dilini kifayət qədər bilməyən uşaqlar üçün icbari dil təliminin tətbiqi ilə bağlı araşdırmaya başlayıb.
AZƏRTAC xəbər verir ki, təşəbbüs evdə İsveç dilində danışmayan və təcrid olunmuş ərazilərdə yaşayan mühacir ailələrindən olan uşaqlara yönəlib.
Məqsəd dil hazırlığına ehtiyacı olan uşaqları müəyyənləşdirmək üçün meyarlar tərtib etməkdir. Personal üçün dil tələbləri və onların miqdarı, uşaq qruplarının sayının nizamlanması da nəzərdən keçiriləcək.
Bu tədbir 2019-cu ildə Danimarkada uğurla sınaqdan keçirilib. Baş nazir Ulf Kristersson qeyd edib ki, İsveç öz qonşularının təcrübəsini təkrarlamağa borclu deyil, lakin onların proqramının nəticələri ruhlandırıcıdır.
Araşdırmanın nəticələri 2025-ci il dekabrın 18-dən gec olmayaraq təqdim edilməlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:33]
ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb
- 07.10.2026 [12:26]
Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb
- 07.10.2026 [12:05]
Fransada qadınlara çağırış edildi: Oktyabrın 13-də iş dayandırılır
- 07.10.2026 [12:00]
Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır
- 07.10.2026 [11:56]
Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib
- 07.10.2026 [11:40]