İsveçin Baş naziri və NATO-nun Baş katibi Türkiyənin narahatlığını ciddi qəbul edirlər
Stokholm, 13 iyun, AZƏRTAC
İsveçin Baş naziri və NATO-nun Baş katibi Türkiyənin narahatlığını ciddi qəbul edirlər.
AZƏRTAC xəbər verir ki, bu barədə müvafiq bəyanatlar bazar ertəsi iyunun 13-də İsveçin Baş naziri Maqdalena Andersson ilə NATO-nun Baş katibi Yens Stoltenberq arasında Stokholmda keçirilən görüşün yekunlarına dair mətbuat konfransında səsləndirilib.
Görüşdə İsveçin NATO-ya daxil olması ilə bağlı müraciətə Türkiyənin veto qoymasının həlli yolları müzakirə edilib. “Türkiyənin narahatlığını ciddi qəbul edirik”, - deyə Stoltenberq məqsədin problemi ən qısa zamanda həll etmək olduğunu vurğulayaraq bildirib.
Öz növbəsində, Maqdalena Andersson da problemin həllinə sadiqliyini ifadə edərək, məsələyə ciddi münasibət bəslədiyini bildirib.
Bazar günü, iyunun 12-də Finlandiya Prezidenti Sauli Niinistö ilə birgə mətbuat konfransında Stoltenberq vurğulayıb ki, "heç bir NATO müttəfiqi Türkiyədən daha çox terror hücumuna məruz qalmayıb" və onun İraq və Suriya kimi qonşularla strateji coğrafi vəziyyətinə işarə edib.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2026 [07:24]
Çilidə 5,8 bal gücündə zəlzələ baş verib
- 10.05.2026 [05:56]
WSJ: Hörmüz boğazının bağlanması sulfat turşusu tədarükünü mümkünsüz edib
- 10.05.2026 [01:17]
Rubio və Uitkoff Mayamidə Qətərin Baş naziri ilə görüşüb
- 10.05.2026 [01:00]
Putin Zelenski ilə Moskvada görüşməyə hazır olduğunu bildirib
- 09.05.2026 [22:59]
Livan: İsrailin hərbi əməliyyatları nəticəsində ölənlərin sayı 2795-ə çatıb
- 09.05.2026 [22:58]
Putin Ermənistanın Avropanı seçəcəyi təqdirdə “sivil ayrılmağı” təklif edib
Bu saata olan əsas xəbərlər
- [12:00]
Livan: İsrailin hərbi əməliyyatları nəticəsində ölənlərin sayı 2795-ə çatıb
- 09.05.2026 [22:59]