İsveçin bəzi nazirləri öz tərcümeyi-hallarını “bəzəyiblər”
Stokholm, 22 fevral, Nərgiz Cəfərli, AZƏRTAC
İsveç hökumətinin rəsmi saytında 24 nazirin hər biri və onların müvafiq akademik ixtisasları barədə tərcümeyi-halları həm İsveç, həm də ingilis dilində təqdim olunub.
AZƏRTAC xəbər verir ki, SVT telekanalında İsveçin aparıcı jurnalist təhqiqat proqramlarından biri olan “Uppdrag Granskning”də (“Missiyanın icmalı”) təqdim olunan hesabat bəzi nazirlərin öz tərcümeyi-hallarını “bəzədiklərini” göstərir.
Ölkənin akademik dairələrinin təmsilçiləri bu addıma tənqidi yanaşır və hesab edirlər ki, nazirlər ali təhsilin mövcudluğu görünüşünü yaradırlar.
“İnsanlar onlarda əslində olmayan təhsilin mövcudluğu görünüşünü yaradan özünüifadə üsulunu fəal şəkildə seçirlər”, - deyə Linney Universitetinin bölmə müdiri Piter Sitron qeyd edib.
Hesabatda tərcümeyi-halı diqqət çəkən nazirlərdən biri infrastruktur və mənzil tikintisi naziri Andreas Karlsondur. “Uppdrag Granskning”in reportyoru hökumət veb-saytının məzmununa şübhə ilə yanaşmazdan və saytda düzəlişlər olunmazdan əvvəl Karlsonun tərcümeyi-halında bildirilirdi ki, o, 2007-2009-cu illərdə “Lund Universitetində hüquq və kommunikasiyalar üzrə müstəqil kurslarda oxuyub”. Göstərilən dövrlərdən irəli gəlir ki, bu, inzibati hüququn tam kursudur, halbuki əslində o, distant təhsil semestrinin yalnız yarısına uyğun gəlir.
“Bir sıra kurslar var ki, mən bu dövrdə keçmişəm. Lund Universitetində mən yalnız bir kurs keçmişəm və indi bu, aydınlaşıb”, - deyə Andreas Karlson SVT-yə danışır.
Nazirin Yençepinqdə Təlim və Kommunikasiya Universitetində keçdiyi kurs da təlim semestrinin yarısına bərabərdir. Karlson hesab edir ki, Lund Universitetində bir neçə kurs keçməsinə dair səhv o, nazir təyinatı alanda və onun akademik səlahiyyətləri barədə məlumat Riksdaqdan hökumət saytına veriləndə yaranıb.
İsveçin səhiyyə və sosial məsələlər naziri Anna Tenye və mülki məsələlər naziri Erik Slottnerin tərcümeyi-halında da anlaşılmazlıq var. Mülki məsələlər nazirinin tərcümeyi-halında onun Linçepinq Universitetinin “Siyasət” magistr proqramını öyrəndiyi qeyd olunur. Onun alimlik dərəcəsinin olmamasına baxmayaraq ki, o, ali təhsilin 240 yoxlama balından yalnız 90 bal alıb. Anna Tenye də Linney Universitetinin Avropa idarəetmə proqramı üzrə təlimi başa vurmayıb.
Hər üç nazirin tərcümeyi-halında dəyişikliklər SVT yoxlamaya başlayandan sonra olunub.