İsveçrədə koronavirusa yoluxanların sayı 1000 nəfəri ötüb, 13 nəfər həyatını itirib
Bern, 14 mart, AZƏRTAC
COVID-19 koronavirusuna yoluxanların sayı Avropada sürətlə artmaqdadır. Bu regionda koronavirusun əsas ocağı hesab edilən İtaliya ilə həmsərhəd İsveçrədə də vəziyyət kəskin xarakter alır.
AZƏRTAC xəbər verir ki, İsveçrədə koronavirusa yoluxanların sayı artıq 1189 nəfərə çatıb, bu virusla əlaqədar 13 nəfər dünyasını dəyişib. Ölkədə ən ağır vəziyyət İtaliya ilə həmsərhəd Tessin kantonunda (250 yoluxma halı) qeydə alınıb və burada martın 29-dək bu kantonda fövqəladə vəziyyət elan edilib.
Virusla mübarizənin gücləndirilməsi məqsədilə martın 16-dan İsveçrə ordusu rəsmi qurumları dəstəkləyəcək. Ölkə parlamenti isə kütləvi tədbirlərin qadağasına dair müddəti aprelin sonunadək uzadıb.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Bern
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [11:45]
Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək
- 15.10.2026 [11:31]
Qazaxıstanda “New Silk Way” beynəlxalq nəqliyyat-logistika forumu keçirilir
- 15.10.2026 [11:23]
Qara dənizdə tankerdə baş verən yanğın nəticəsində 8 nəfər itkin düşüb
- 15.10.2026 [11:18]
Keniyada Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb
- 15.10.2026 [11:08]
Pakistanda məktəbin damının çökməsi nəticəsində 19 nəfər həlak olub
- 15.10.2026 [10:55]