İtaliya 2018-ci ildə gəmidə saxlanılan mühacirlərə kompensasiya ödəyəcək
Roma, 8 mart, AZƏRTAC
İtaliyada 2018-ci ildə Aralıq dənizində xilas edilən və 10 gün ərzində sahil mühafizə gəmisində saxlanan qeyri-qanuni miqrantlara kompensasiya ödəniləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə İtaliyanın Ali Məhkəməsi qərar qəbul edib. Qərara əsasən, hökumət 2018-ci ilin avqust ayında o dövrün siyasətinə uyğun olaraq İtaliya Sahil Mühafizə Xidmətinin “Diciotti” gəmisinin sahilə yanaşmasına icazə verilməməsi səbəbindən 10 gün gəmidə saxlanılan mühacirlərə kompensasiya ödəyəcək. Bu addım miqrantların şəxsi azadlıqlarından məhrum edilməsi faktı kimi qiymətləndirilib.
Qərar hökumətin reaksiyasına səbəb olub və mübahisəli adlandırılıb.
Xatırladaq ki, “Diciotti” gəmisi 2018-ci il avqustun 16-da Maltaya girişi qadağan edilmiş qayıqdan 190 miqrantı xilas etmiş, mühacirlərdən 13-ü səhhətində yaranan problemlərə görə dərhal Lampeduza arasına çatdırılmışdı. Qalan 177 nəfər isə “qapalı liman” siyasətinə uyğun olaraq 10 gün ərzində gəmidə saxlanılmışdı.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [22:08]
Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq
- 29.09.2026 [21:10]
Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik
- 29.09.2026 [20:22]
Qazaxıstan Prezidenti Almaniyaya səfər edib
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]