Azərbaycan Dövlət İnformasiya Agentliyi

İtaliya festivallara dəvət edir

Bakı, 6 avqust, Emil Eyyubov, AZƏRTAC

Gözəl tədbirlər haqqında reportajlarla tanış olmaq, xüsusən onlar səyahətlərlə bağlıdırsa, həmişə maraqlıdır. Lakin biz düşündük ki, bu və ya digər hadisə barədə əvvəlcədən məlumat əldə etmək oxucular üçün heç də az faydalı olmayacaq. Çünki onların həmin tədbirə getmək imkanı hələ irəlidədir. Çünki indi məzuniyyət mövsümüdür və çoxları xaricə səfər etməyi planlaşdırır.

Biz İtaliyadan başlamağı qərara alaraq, Avropanın bu ölkəsində avqustda və sentyabrda keçiriləcək maraqlı festival və kampaniyaları diqqətinizə təqdim edirik.

Əbədi şəhər və Apuliyada turnir

Romanın ən gözəl məkanlarından birində - Əbədi şəhərə füsunkar mənzərənin açıldığı Qaribaldi meydanında “Gianicolo in Musica 2018” festivalının qızğın çağıdır. Sentyabrın ortasınadək davam edəcək festivalın proqramına caz, soul, blüz, svinq, tanqo, milonqa və müəllif mahnısı axşamları daxildir. Bütün bunların hamısı pulsuzdur. 

Digər heyrətamiz tədbir İtaliyanın Apuliya regionunun turistlər üçün hazırladığı rayonlar turniridir. Avqustun ikinci bazar günündə (bu il ayın 11-12-nə düşür) Oriya şəhərində gözəl bayram - tarixi kostyumlarda parad və şəhərin dörd rayonu arasında ənənəvi turnir keçirilir. Bu tarixi parad II Fridrix dövrünə həsr edilmiş çoxsaylı tədbirlər sırasında ən möhtəşəmidir.

Bayram öz müasir görkəmində 1967-ci ildən keçirilir, lakin turnirin tarixi uzaq keçmişə gedib çıxır. 1225-ci ildə II Fridrix və Yerusəlimli İolanta arasında nikah bağlanıb. Toyun şərəfinə ölkədə bayram şənlikləri və turnirlər təşkil edilib.

Bayram şənlikləri cümə günü palionun - turnirin qalibinə təqdim ediləcək bayrağın meydana gətirilməsi ilə açılır. Şənbə günü Oriyanın küçələrində II Fridrix dövrünü təsvir edən personajların - saray xanımları və kavalerlərinin, imperatorun çoxmillətli əyanlarının, o cümlədən şərqli müdriklərin, kənizlərin, sarasinlərdən ibarət ordunun yürüşü keçirilir. Oriyanın kiçik şəhər olmasına baxmayaraq, kortej möhtəşəmdir. Paradın iştirakçıları Manfredi meydanına yönəlir. Orada carçı turnirin keçirilməsi haqqında imperator fərmanını oxuyur.

Turnirdə Kastello, Yudea, Lama və San-Bazilionu təmsil edən 4 komanda iştirak edir. Turnir 5 yarışmadan ibarətdir. Onlardan biri at yarışıdır. Burada hər rayondan bir atlı iştirak edir. Digər yarış “qoç” adlanır. Bu, iki mərhələdən ibarətdir. Hər komandada 2 oyunçu olur: pəhləvan və qaçan. Pəhləvan qoçu (standart çəki - 85 kiloqram) çiyninə alaraq təxminən 65 metr məsafəyə gətirməli və xüsusi darvazaya daxil olmalıdır. Sonra digər atlet öz rayonunun bayrağını götürərək yerdə qalan məsafəni qaçmalı və start nöqtəsinə qayıtmalıdır. Atletlər həm də “çəllək” adlı qaçış yarışına çıxırlar: onlar 95 metr məsafədə “ağzıaçıq çəlləyədək” qaçmalı, oradan rayonun bayrağını götürüb start nöqtəsinə qayıtmalıdırlar. Yarışma mövzusunda variasiyalar çoxdur, onlar müxtəlif şəkildə kombinasiya edilə bilər. Onların sırasında çox vaxt qaçış, gücü və çevikliyi yoxlamaq üzrə yarışlar (dirəyə və ya kanata dırmanmaq, ağır qutunu daşımaq və s.) daxil edilir. Qalib gələn komandalar 4 bal, uduzan komanda 1 balla (və ya 0, əgər tapşırıq yerinə yetirilməyibsə) qiymətləndirilir. Beş yarışın sonunda hamıdan çox bal toplayan komanda qalib hesab edilir.

Toskanada oxatma yarışı və Bruşello Politsiano

Massa-Marittimada arbaletdən şunqarı nişan almaq Toskanada orta əsrlərin ən böyük yarışmalarından biridir. Yarışlar ildə iki dəfə - mayın sonuncu bazar günündə və avqustun ikinci bazar günündə şəhərin mərkəzi meydanında keçirilir. 2018-ci ildə bu, avqustun 12-nə düşür. 

Hər dəfə yarışda şəhərin hələ azad kommuna dövründən bölünmüş olduğu üç tersiyasından oxatanlar iştirak edirlər. Bu, ağ, qırmızı və yaşıl rənglərdə Yeni şəhər (Çittanuova); ağ, qara və sarı rənglərdə Köhnə şəhər (Çittavekya); qızılı, göy və sarı rənglərdə Borqodur.

Yarışa bir gün qalmış kommunanın Sarayında şəhər administrasiyasının və tersiyalarının iştirak etdiyi tədbirdə kimin birinci ox atacağı barədə püşkatma keçirilir.

Növbəti gün tədbir tarixi paraddan başlanır. Parad tersiyaların administrasiyasının binasından yola düşür, baraban və truba sədalarının altında bütün şəhəri gəzir, yolda dəstəyə çoxlu insanlar qoşulur. Parad iştirakçıları tamaşaçıların toplaşdığı Qaribaldi meydanına gəlirlər.

Ox ənənəvi italyan arbaletindən şunqarın təsvir edildiyi hədəfi nişan alır. Hər atıcının öz arbaleti olur. Nişançı hədəfdən 35 metr məsafədə dayanır və oxu atır. Mərkəzə daha çox yaxın düşən oxatan qalib hesab edilir. Ona bəzədilmiş ipək mantiya və rəmzi qızıl ox təqdim olunur.

Toskananın digər əyalətində - Siyenada turistlərə əvvəlkindən heç də geri qalmayan maraqlı tədbir - Bruşello Politsiano gözləyir. Hər il keçirilən bayramın adı “bruşello” “tingə” mənasını verir. Tədbir 1939-cu ildən Montepulçanoda Kafedral kilsənin qarşısındakı Böyük meydanda ənənəvi olaraq avqust ayında beş gün (11-15 avqust) təşkil olunur.

Bruşello Toskana xalq və kəndli teatrının formalarından biridir. Rolları qeyri-peşəkar aktyorlar oynayır. Tamaşa bəzən epik-dramatik səciyyə daşıyır, bəzən səhnədə sadə xalqın təxəyyülü əsasında gündəlik həyatdan alınan, fars janrında tamaşalar, tarix və ədəbiyyatdan götürülən real hadisə və faktlar göstərilir.

Teatrın mövzusu ildən-ilə dəyişir, mətn və ssenarilər “bruşellant” adlandırılan iştirakçıların öhdəsinə buraxılır.

İllərboyu festivalda daha çox göstərilən (8 dəfə) tamaşa “Piya de Tolomei” olub. Onun hekayəti Dantenin “İlahi komediya” poemasının “Əraf” hissəsində söylənilib. “Paolo və Françeska” tamaşası üç dəfə göstərilib.

Fermoda “quyu uğrunda döyüş”

“Vedrələrin mübarizəsi” - Sant’Elpidio-a-Mare şəhərciyində (Fermo əyaləti, Marke regionu) hər il avqustun ikinci bazar günündə (bu il ayın 12-nə düşür) keçirilən bayramdır. İlk dəfə bu tədbir 1953-cü ildə təşkil edilib və tezliklə şəhərdə yayın ən çox gözlənilən hadisələrindən birinə çevrilib. 

Əfsanəyə görə, orta əsrlərdə Sant’Elpidio-a-Maredə su problemi olub. Baş meydanda quyu başında qadınların gündəlik dava-mərəkəsindən yaxa qurtarmaq məqsədilə şəhərin dörd kontradasının (San-Covanni, Sant’Elpidio, Santa-Mariya və San-Martino) iştirakı ilə oyun təşkil etmək qərara alınıb. Hər kontrada altı idmançıdan ibarət komanda yaratmalı idi. Onlar düşmənin zərbəsinə dözməyi bacarmalı və qalib gəlməli idilər. Bir kontrada digər üçü ilə oynamalı idi. Hər oyunun müddəti 10 dəqiqə olub. Bu müddətdə hər komanda üç addımlıq məsafədən topu quyuya daha çox atmalı və bununla da rəqibinə mane olmalı idi. Sonda ballar hesablanardı. Daha çox bal toplayan komanda qalib sayılıb. Bir dəfə hədəfə düşməyə 5 bal verilib, cərimə üçün 1 bal çıxılıb. Qalib komandanın mənsub olduğu kontradanın sakinləri şəhər quyusundan il ərzində birinci su götürmək hüququ əldə edib, digərləri isə oyunda göstərdikləri nəticəyə əsasən növbə gözləyiblər.

Gün tədbir iştirakçılarının tarixi kostyumlarda bayram nümayişi ilə başlanır. Şəhərin baş meydanından start götürən parad oyunun keçirildiyi yerə qədər davam edir. Bu yer bayramın kulminasiyasıdır. Nümayişdə 800-dən çox insan iştirak edir. Onlar zadəganları, kəndliləri, hərbçiləri, siyasətçiləri təmsil edirlər.

Oyunun özü köhnə şəhər meydanında keçirilir. Qalib komanda bayram nümayişinə rəhbərlik edir. Nümayiş iştirakçıları mərkəzi meydana qayıdırlar. Burada qalibə mükafat - üstünə qızıl təbəqə çəkilərək daş-qaşla bəzədilmiş tökmə mis vedrə veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almaniyada seçkilər: Berlində Sol Partiya, Meklenburq-Ön Pomeraniyada isə AfD liderdir

Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub

Elmar Hüseyn: 2020–2023-cü illərdə Azərbaycan Ordusunun inkişafı qısa zamanda uğurlu əməliyyatın keçirilməsini təmin etdi

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib

Xudutəpə qədim yaşayış məskənində gil ocaq qurğuları aşkar edilib

Xankəndidə şəhər günü münasibətilə konsert təşkil olunub

Azərbaycanın dövlət suverenliyinin tam bərpası - ŞƏRH

Xaçmaz-Bakı marşrutu ilə hərəkət edən avtobusda yanğın baş verib

Ekspert: Antiterror tədbirləri 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin məntiqi davamı idi

Bu saata olan əsas xəbərlər

Xocavənd Şəhəri Günü münasibətilə atəşfəşanlıq olub VİDEO

Xocavənd Şəhəri Günü münasibətilə atəşfəşanlıq olub VİDEO

Xocavənddə ilk dəfə keçirilən Şəhər Günü bayram konserti ilə davam edib VİDEO

Xocavənddə ilk dəfə keçirilən Şəhər Günü bayram konserti ilə davam edib VİDEO

Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb

Rektor: Xankəndidə yalnız şəhərin fiziki siması yenilənmir, yeni sosial, mədəni və intellektual mühit formalaşır

Azərbaycanın yeniyetmə akrobatları Dünya yarışında 2 medal qazanıblar

Yaponiyada yaşlı əhalinin sayı artır

Vətən Müharibəsi Qəhrəmanı: Şuşada qazanılan strateji üstünlük suverenliyimizin tam bərpasına aparan yolu açdı

Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib

Premyer Liqa: "Şamaxı" "Araz-Naxçıvan"a qalib gəlib

Dövlət suverenliyinə aparan tarixi yol - 30 illik işğaldan Zəfərə VİDEO

Dövlət suverenliyinə aparan tarixi yol - 30 illik işğaldan Zəfərə VİDEO

İranda məhkəmə Fransa səfirliyinin dil mərkəzinin bağlanması barədə qərar çıxarıb

Xankəndidə Türk Dünyası Qadın Rəssamlarının sərgisi təşkil olunub VİDEO

Xankəndidə Türk Dünyası Qadın Rəssamlarının sərgisi təşkil olunub VİDEO

İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb

Emin Hüseynov: Hədəfimiz bu ilin sonunadək Füzuli rayonunun iki kəndində tikinti və bərpa işlərini yekunlaşdırmaqdır VİDEO

Emin Hüseynov: Hədəfimiz bu ilin sonunadək Füzuli rayonunun iki kəndində tikinti və bərpa işlərini yekunlaşdırmaqdır VİDEO

Vüqar Rəhimzadə: “Əsrin müqaviləsi”ndən başlanan inkişaf bizi suverenliyimizin bərpasına qovuşdurdu

Emin Hüseynov: Ağdamda 4 yaşayış məntəqəsinin ilin sonuna qədər təhvil verilməsi gözlənilir VİDEO

Emin Hüseynov: Ağdamda 4 yaşayış məntəqəsinin ilin sonuna qədər təhvil verilməsi gözlənilir VİDEO

Prezidentin xüsusi nümayəndəsi: Xocavənd rayonunda 4500-ə yaxın insan məskunlaşıb VİDEO

Prezidentin xüsusi nümayəndəsi: Xocavənd rayonunda 4500-ə yaxın insan məskunlaşıb VİDEO

Zaqatalada “Suveren Azərbaycan - Qürurumuz və Zəfərimiz” adlı tədbir baş tutub

Professor: Üzeyir Hacıbəylinin musiqisi Qazaxıstan mədəniyyətində xüsusi yer tutur

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

XTQ mayorunun döyüş gündəliyi: Xankəndiyə aparan 23 saat 43 dəqiqə

Dövlət Suverenliyi Günü tarixi yolun mühüm nəticəsidir - ŞƏRH

Cəmilə Qurbanova: Azərbaycan və Türkmənistanın musiqi ənənələrini yaxın motivlər birləşdirir

Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü silsilə tədbirlərlə qeyd olunub

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

Dövlət suverenliyimizin tam bərpası Azərbaycanın qarşısında yeni imkanlar açıb - ŞƏRH

Bakı və Naxçıvan teatrları arasında yeni əməkdaşlıq əlaqələri qurulub

Milli Musiqi Günü çərçivəsində Firəngiz Əlizadəyə həsr edilmiş sənədli film nümayiş olunub

19–20 sentyabr: Azərbaycan hərb tarixinin yeni səhifəsi - ŞƏRH

Xocavənd Şəhəri Günü qeyd olunur VİDEO

Xocavənd Şəhəri Günü qeyd olunur VİDEO

Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib

Moskvada OANA-nın İcraiyyə Komitəsinin 58-ci iclası keçirilib

Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb

Şahin Bayramov: Dövlət Suverenliyi Günü Azərbaycanın müasir tarixinin mühüm səhifəsidir

Şahin İsmayılov: Suverenliyin tam bərpası çoxəsrlik dövlətçilik tariximizin ən parlaq hadisələrindəndir

Birinci Qarabağ müharibəsi şəhidinin anım mərasimi keçirilib

Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb

Suverenliyin bərpasından Qarabağın yeni reallığına - ŞƏRH

Qarabağ və Şərqi Zəngəzura həsr olunmuş “Sabaha doğru” sənədli filmi hazırlanıb

Ellada Bəkirova: Qarabağ və Şərqi Zəngəzurun hər yerində alban irsinin izlərinə rast gəlirik

20 Sentyabr: Zəfərdən suverenliyə uzanan tarixi yol - ŞƏRH

Ümumdünya Təmizlik Günü: Bərk məişət tullantılarının həcmi 2050-ci ilədək 3,8 milyard tona çatacaq

Fransada gecə iğtişaşları: 9 polis və jandarm yaralanıb, 2 avtomobil yandırılıb

Mançester hava limanında uçuşlar zolaqdakı çuxura görə gecikib

İraqda İŞİD üzvü olan 6 Fransa vətəndaşı məhkəmə qarşısına çıxarılıb

Bakıda türk xalqlarının bəstəkar məktəblərinin inkişaf yolları müzakirə olunur

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

Hikmət Babaoğlu: Azərbaycanın suverenliyinin bərpası 2 əsrlik mübarizənin nəticəsidir VİDEO

Hikmət Babaoğlu: Azərbaycanın suverenliyinin bərpası 2 əsrlik mübarizənin nəticəsidir VİDEO

Astanada qatarları maşinistlər deyil, avtomatlaşdırılmış sistem idarə edir VİDEO

Astanada qatarları maşinistlər deyil, avtomatlaşdırılmış sistem idarə edir VİDEO

“Əsrin müqaviləsi”: Azərbaycanı xilas edən imza necə atıldı? VİDEO

“Əsrin müqaviləsi”: Azərbaycanı xilas edən imza necə atıldı? VİDEO

Bu saata olan əsas xəbərlər

YAP fərqlənən Balaxanı neftçilərini peşə günləri münasibətilə mükafatlandırıb

Media: Son döyüşlərdə husilərin 73 üzvü öldürülüb

Qafqaz Albaniyasının irsi sistemli şəkildə araşdırılmalıdır

Elnur Mustafayev: Alban irsinin təhrif edilməsinə cəhdlər daha əvvəlki dövrlərə gedib çıxır

İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib

Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə 3867 sakin məşğulluq tədbirlərinə cəlb edilib

DİN: Tarixi missiya uğurla yerinə yetirildi VİDEO

DİN: Tarixi missiya uğurla yerinə yetirildi VİDEO

Moskva və Moskva vilayətinə kütləvi PUA hücumu nəticəsində iki nəfər həlak olub

Tarixçi: İndiki Ermənistan ərazisində yerləşən kilsə və monastırların 90 faizi alban abidələridir

Almaniyanın iki əyalətində seçkilər keçirilir VİDEO

Almaniyanın iki əyalətində seçkilər keçirilir VİDEO

Laçın rayonu ilə Çin şəhərləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

Bəzi dağlıq və dağətəyi rayonlara leysan yağıb – FAKTİKİ HAVA

Qafqaz Albaniyası irsinin izi ilə: Qərbi Azərbaycan, Qarabağ və Şərqi Zəngəzur abidələri

Cəlilabadda minik avtomobili transformatora çırpılıb

Rusiyada seçkilər: 2 gün ərzində seçici fəallığı 44 faizi ötüb

Ceyhun Bayramov ABŞ-yə işgüzar səfərə yola düşüb

Burada həyat dənizin ortasında qurulub - Neft Daşlarından REPORTAJ  VİDEO

Burada həyat dənizin ortasında qurulub - Neft Daşlarından REPORTAJ VİDEO

Qaxda Dövlət Suverenliyi Günü qeyd olunub

20 sentyabr Azərbaycan üçün xüsusi rəmzi məna daşıyır - RƏY

Əlamətdar gündə Oğuzda ağacəkmə aksiyası keçirilib

Suverenliyin təntənəsi - ŞƏRH

Azərbaycanda Neftçilər Günü qeyd edilir

Dövlət suverenliyi hər bir xalqın azad yaşamaq hüququnun ən ali ifadəsidir - ŞƏRH

Premyer Liqa: “Şamaxı” “Araz-Naxçıvan”ı, “Kəpəz” “Sumqayıt”ı qəbul edir

Akademik Rəfiqə Əliyeva - Ömrünü elmə, qəlbini insanlara həsr edən alim qadın

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

XİN: Azərbaycanın dövlət suverenliyinin bərpası regionda davamlı sülhün təmin olunması üçün yeni imkanlar açıb

İran danışıqlara başlamaq üçün yeddi şərt irəli sürüb

Dövlət Suverenliyi Günü: Hüquqi əsaslardan tarixi zəfərə

ABŞ hərbçiləri Karib dənizində gəmiyə hücum edib

Dövlət Departamenti ABŞ vətəndaşlarına xəbərdarlıq edib

ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb

Argentinada “Qəzəb yürüşü”

Danimarka Ukraynaya hərbi xərclər üçün təxminən 275 milyon dollar ayırıb

İran ABŞ Mərkəzi Komandanlığının məlumatını təkzib edib

Admiral Draqone: NATO-nun şərq cinahında mümkün münaqişəyə hazırıq

Kiyevdə hava hücumu xəbərdarlığı elan edilib

Haaqada etirazçılarla polis arasında toqquşma: saxlanılanlar var

Media: 18 yaşı tamam olan almanlar məcburi tibbi müayinələrə çağırılır