İtaliya kross üzrə Avropa çempionatına ev sahibliyi edəcək
Roma, 10 dekabr, AZƏRTAC
Dekabrın 11-də İtaliyada kross üzrə 28-ci Avropa çempionatı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Turin şəhərinin şimal-qərbində yerləşən “La Mandria Park”da təşkil olunacaq çempionatda 40 ölkədən 303-ü kişi və 252-si qadın olmaqla 555 idmançı iştirak edəcək.
İtaliya artıq üçüncü dəfədir kross üzrə Avropa çempionatını təşkil edir. 3600 hektar ərazidəki “La Mandria Park” Avropanın ən böyük qapalı parkıdır və buradakı eyniadlı qala UNESCO-nun Ümumdünya İrsi Siyahısına salınıb.
Qeyd edək ki, kross üzrə Avropa çempionatına gələn il Belçikanın paytaxtı Brüssel, 2024-cü ildə isə Türkiyənin Antalya şəhəri ev sahibliyi edəcək.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [21:47]
Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]