Azərbaycan Dövlət İnformasiya Agentliyi

İtaliya qəzetində Azərbaycan səfirinin Ermənistanın son hərbi təxribatlarına dair məqaləsi dərc olunub

İtaliya qəzetində Azərbaycan səfirinin Ermənistanın son hərbi təxribatlarına dair məqaləsi dərc olunub

Roma, 30 sentyabr, AZƏRTAC

Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin İtaliyanın aparıcı kütləvi informasiya vasitələrindən olan “Formiche” qəzetində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə, son hərbi təxribatlarına dair geniş məqaləsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, diplomat məqalədə Ermənistan tərəfinin son aylardakı təxribatlarının bu gün baş verənləri təxmin etməyə imkan verdiyini bildirir. Qeyd edilir ki, hazırda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi şiddətli canlanma dövrünü yaşayır, Ermənistan silahlı qüvvələri bu saatlarda qəsdən və bilərəkdən Azərbaycanın mülki şəxsləri və infrastrukturlarını hədəfə alır. Diplomat əlavə edir ki, son illərdə münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün var gücü ilə bütün səylərini əsirgəməyən bir ölkənin nümayəndəsi kimi hazırkı vəziyyətə səbəb olan hadisələrin tarixinə nəzər salmağa ehtiyac vardır.

“Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisi olan Qarabağın dağlıq hissəsidir. Qarabağ sözü iki Azərbaycan sözünün birləşməsindən ibarətdir: qara və bağ. Qədim zamanlardan Çar İmperiyasının işğalına qədər (1805-ci il, Kürəkçay müqaviləsi) bu bölgə bir neçə Azərbaycan dövlətinin, ən son isə Qarabağ xanlığının bir hissəsi olub. 1828-ci ildə Rusiya-İran müharibəsinin sonunda Türkmənçay müqaviləsinin imzalanmasının ardınca ermənilərin Cənubi Qafqaza, xüsusən də Azərbaycanın İrəvan (Ermənistanın indiki paytaxtı Yerevan) və Qarabağ xanlıqlarının ərazilərinə kütləvi şəkildə köçürülməsi başladı. Köçürülmə XX əsrin əvvəllərinə qədər davam etdi. Nəticədə, Azərbaycan ərazilərində Ermənistan dövləti yaradıldı və onun ərazisi sovet dövründə Azərbaycan torpaqları hesabına genişləndi. 1923-cü ildə Azərbaycanda Dağlıq Qarabağ Muxtar vilayəti yaradıldı və bu vilayətin inzibati sərhədləri elə müəyyənləşdirildi ki, orada ermənilər daha çoxluq təşkil etsinlər. Ermənistan isə bu ölkədəki azərbaycanlı azlığın muxtariyyət hüququnu tanımamaq bir yana, ona qarşı dözümsüzlük mühitini inkişaf etdirərək yerli azərbaycanlı icmasından qurtulmaq üçün əlindən gələni etdi. 1988-ci ildə Ermənistan Azərbaycana qarşı, bu dəfə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ilə bağlı yeni ərazi iddiaları irəli sürməklə yanaşı, Ermənistanda qalan son azərbaycanlıların (250 mindən çox) hamısını doğma torpaqlarından zorla qovdu”, deyə diplomat bildirir.

M.Əhmədzadə qeyd edir ki, münaqişənin kökü ermənilərin Azərbaycan ərazilərinə köçürülməsində, eləcə də Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsində muxtar vilayətin yaradılmasındadır. “SSRİ-nin dağılmasından sonra Ermənistan Azərbaycana qarşı hərbi təcavüzə başladı, Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayon da daxil olmaqla Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizini işğal etdi və bu ərazilərdəki azərbaycanlılara (750 mindən çox) qarşı etnik təmizlənmə siyasəti, azərbaycanlı mülki şəxslərə qarşı hərbi cinayətlər və Xocalı soyqırımı həyata keçirdi”, deyə diplomat fikirlərinə davam edir.

“Bu gün bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünümüz var və işğal olunmuş ərazilərdə bir nəfər də olsun azərbaycanlı qalmayıb. Ermənistan Azərbaycana qarşı təcavüzünü ört-basdır etmək üçün işğal olunmuş ərazilərimizdə “Dağlıq Qarabağ respublikası” adlanan, Ermənistanın özü də daxil olmaqla heç bir ölkə tərəfindən tanınmayan qondarma bir rejim yaradıb. Dağlıq Qarabağ bölgəsini Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyan, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin suverenliyini, ərazi bütövlüyünü və toxunulmazlığını təsdiqləyən və Ermənistandan öz qoşunlarını işğal olunmuş ərazilərimizdən çıxarmasını və bütün azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtmasını tələb edən və Ermənistanın məhəl qoymadığı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi də daxil olmaqla çoxsaylı beynəlxalq sənədlər mövcuddur”, - deyə M.Əhmədzadə vurğulayır.

Diplomat bildirir ki, bütün bunlara baxmayaraq, Azərbaycan son 30 ildə ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə danışıqların müsbət nəticələnməsinə və diplomatik yollarla bölgədə sülhü təmin etməyə çalışıb, lakin Ermənistan istənilən irəliləməyə mane olub və bu illər ərzində danışıqları uzatmağa, münaqişənin həllini əngəlləməyə və status-kvonu saxlamağa çalışıb.

“Ermənistandakı əvvəlki hərbi cinayətkar rejimin devrilməsi və Nikol Paşinyanın hakimiyyəti ələ keçirməsinə səbəb olan “məxməri inqilab”ın hadisələrin gedişatını dəyişdirə biləcəyinə ümidlər yaratsa da, daxili problemləri həll edə bilməməsi, inkişaf vədlərinə əməl etmək iqtidarında ola bilməməsi və qurduğu inqilabi diktaturaya qarşı narazılıqların artması fonunda Paşinyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanın mövqeyini radikallaşdıraraq əhalinin diqqətini xarici məsələlərə yönəltməyə başladı”, deyə diplomat qeyd edir.

M.Əhmədzadə Paşinyan rejiminin təxribatçı addımlarından danışaraq, bu xüsusda, Paşinyanın danışıqlarda Azərbaycanın işğal olunmuş ərazilərdəki qanunsuz rejiminin iştirakını tələb etməklə ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar formatını dəyişdirməyə istiqamətlənmiş uğursuz cəhdini, öz oğlunu işğal olunmuş ərazilərdə hərbi xidmətə göndərməsini, “Dağlıq Qarabağ Ermənistandır və nöqtə” kimi açıqlamasını, Ermənistan müdafiə nazirinin “yeni ərazilər üçün yeni müharibə” təhdidi, cari ilin iyul ayında enerjidaşıyıcıların ölkəmizdən Avropa bazarlarına, xüsusən də İtaliyaya nəqli üçün strateji infrastrukturun keçdiyi Azərbaycanın Tovuz rayonundakı təxribatları, baş nazirin həyat yoldaşının iştirakı ilə işğal olunmuş ərazilərimizdə döyüş və atıcılıq üzrə təlim kurslarının keçirilməsini və Livandan olan ermənilərin işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşdırılması kimi məsuliyyətsiz addımlarını qeyd edib. Diplomat əlavə edib ki, bütün bunlar danışıqlar prosesinə ağır zərbə vurub, danışıqlar prosesinə xələl yetirib və əslində, Ermənistanın danışıqlardan çəkildiyini iddia etməyə əsas verir. “Ermənistanın baş naziri danışıqlar üçün 7 absurd şərt irəli sürüb ki, onlar da qəti şəkildə Azərbaycan tərəfindən rədd edilib. Azərbaycanın yeganə bir şərti var: Ermənistanın silahlı qüvvələri BMT Təhlükəsizlik Şurasının qətnamələrində əks olunduğu kimi Azərbaycan torpaqlarından çıxmalıdır”, - deyə M.Əhmədzadə bildirir.

Diplomat, habelə əlavə edir ki, bütün bunlardan başqa, son aylarda Ermənistan silah və hərbi texnika idxalını xeyli artırıb və hava hücumu sistemini intensiv şəkildə genişləndirməyə davam edib. Eləcə də Ermənistan Müdafiə Nazirliyi ümummilli 100 min “könüllü” döyüşçü qüvvələr yaratmaq planını açıqlayıb və son günlərdə Ermənistanın hərbi qüvvələrinin işğal olunmuş ərazilərdəki təmas xətti və iki ölkə arasındakı dövlət sərhədi yaxınlığında cəmləşməsinin davam etdiyi müşahidə olunurdu. M.Əhmədzadə qeyd edir ki, bütün bunlar Ermənistanın yeni bir müharibəyə hazırlaşdığını göstərirdi və bu günlərdə baş verənlər bunu açıq-aşkar sübut etdi.

“Azərbaycan dəfələrlə beynəlxalq ictimaiyyətə Ermənistanın yeni bir təcavüz aktına, müharibəyə hazırlaşdığı barədə xəbərdarlıq edib. Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistanın Azərbaycana qarşı davamlı hərbi hücumu və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində olması regional sülh və sabitlik üçün başlıca təhlükədir. BMT BA-nın 75-ci sessiyasının ümumi müzakirələri fonunda, dünyanın COVID-19 pandemiyasına qarşı mübarizə apardığı bir vaxtda, Ermənistanın hərbi-siyasi rəhbərliyi növbəti avantüra və hərbi təxribata əl atdı. Ermənistan rəhbərliyi bu hərəkətləri ilə bir daha beynəlxalq hüquqa, BMT Nizamnaməsinə və beynəlxalq ictimaiyyətə hörmətsizlik nümayiş etdirdi”, - deyə M.Əhmədzadə qeyd edir.

Hazırkı mürəkkəb dönəmdə Ermənistanın davamlı olaraq Azərbaycanın mülki obyektlərini hədəfə almasının qınanılmalı olduğunu deyən diplomat, Ermənistanın bu addımlarının Naftalan rayonunun Qaşaltı kəndində iki uşaq da daxil olmaqla beş nəfərdən ibarət olan bütün bir ailənin həlak olmasına gətirib çıxardığını və Ermənistan silahlı qüvvələrinin 28 sentyabr tarixində səhər saatlarından etibarən Tərtər şəhərini atəşə tutduğunu, bu əməllərin müharibə cinayətləri olduğunu və beynəlxalq birliyin Ermənistanın bu hərəkətlərini qınamalı olduğunu bildirib.

Azərbaycanın mövqeyinin beynəlxalq hüquqa və ədalətə əsaslandığını və 30 ildir ki, Azərbaycan xalqının böyük bir haqsızlığa, Ermənistanın hərbi təcavüzünə məruz qaldığını bildirən diplomat vurğulayır ki, Azərbaycan Silahlı Qüvvələri hazırda Ermənistanın hərbi təcavüzünün qarşısını almaq və təmas xəttinə yaxınlıqda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün özünümüdafiə hüququ və beynəlxalq humanitar hüquqa tam uyğun olaraq əks-hücum və cavab tədbirləri həyata keçirir.

“Azərbaycanın Silahlı Qüvvələri Azərbaycanın ərazi bütövlüyünü qorumaq və müdafiə etmək üçün bizim torpaqlarımızda döyüşürlər. Azərbaycanın digər ölkələrin ərazilərində hədəfləri yoxdur. Soruşmaq lazımdır ki, erməni əsgəri bizim torpağımızda nə edir? Erməni ordusu bizim torpağımızda nə edir? Ermənistan işğalçı bir ölkədir və bu işğala son qoyulmalıdır. Münaqişəni həll etməyin yalnız bir yolu var. Ermənistanın işğalçı qüvvələri Azərbaycan ərazilərindən çəkilməlidir. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Başqa bir həll yolu yoxdur. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi “Biz ədalət yolundayıq. Qarabağ Azərbaycandır!””, deyə diplomat fikirlərini yekunlaşdırır.

Məqaləyə keçid aşağıdakı link vasitəsilə mümkündür:

https://formiche.net/2020/09/azerbaigian-ambasciatore-ahmadzada/?fbclid=IwAR3HZDsKCV3y0BGSLewtpWv_jVkZJA6J7omPnsHB4BpjhozC4OummaT5Cv0

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Roma 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Asiya ilə Avropa arasında mədəniyyət körpüsüdür - ŞƏRH

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Qaradağda sel nəticəsində dağılmış körpünün yerində yenisi tikilib

WSJ: ABŞ İrana qarşı mümkün hərbi əməliyyatlarla bağlı Körfəz ölkələrini xəbərdar edib

ABŞ-nin dövlət borcu 40,5 trilyon dolları ötüb

Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq

Suriya ilə İordaniya arasında sərhəd-keçid məntəqəsi fəaliyyətini bərpa edib

ABŞ-nin İranla münaqişədə hərbi xərcləri 47 milyard dollara çatıb

Mariana adalarının cənubunda 5,8 bal gücündə zəlzələ baş verib

Tramp: ABŞ zərurət yaranarsa, İrana yenidən zərbə endirəcək

Niderlandda Soyuq müharibə dövrünə aid bunker satışa çıxarılıb

ABŞ Şərqi Sakit okeanda narkotik daşıyan gəmini məhv edib

ABŞ Braziliyada prezident seçkilərində məğlub olan Bolsonaru və ailəsinə viza verib

Tramp Venesuelanın ABŞ-nin 51-ci ştatına çevrilməsini təklif edib

İsraildə parlament seçkilərində səsvermə başa çatıb

Azərbaycanın voleybol klubu avrokuboklarda ilk qələbəsini qazanıb

Ölkə birinciliyində aerobika gimnastikası üzrə ilk qaliblər müəyyənləşib

NYT: ABŞ Rusiya Birbaşa İnvestisiya Fonduna qarşı sanksiyaları ləğv etməyi nəzərdən keçirir

Moskva sülh sazişi üzrə sənədlər razılaşdırıldıqdan sonra Putinlə Zelenskinin görüşünü keçirməyi təklif edir

Naxçıvan Dövlət Uşaq Teatrının 20 illik yubileyi qeyd olunub

Rusiya və İran prezidentləri regiondakı vəziyyəti müzakirə ediblər

FIBA Çempionlar Liqası: “Sabah” Fransanın “Nanter” klubuna qalib gəlib

“Turandot” operasının üçgünlük premyera silsiləsi başa çatıb

Milli Kibertəhlükəsizlik Agentliyi “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edib

“Fənərbağça” baş məşqçisi İsmayıl Kartalla yollarını ayırıb

Vətən uğrunda yazılan qəhrəmanlıq dastanı - Azad Hümbətov

Naxçıvanda yeniyetmə həmyaşıdını bıçaqlayıb

Naxçıvan Dövlət Milli Dram Teatrının Bakı qastrolu başa çatıb

Milli QHT Forumu: Bərdədə dinc insanların ölümünə beynəlxalq hüquq çərçivəsində obyektiv qiymət verilməlidir

Azərbaycan Kuboku: “Zirə” penaltilər seriyasında “Səbail”i məğlub edərək 1/8 finala yüksəlib

Ortaq gələcək naminə mədəniyyətlərarası liderlik - plenar sessiya

Dövlət Baxçalı: Azərbaycan-Türkiyə münasibətləri möhkəm və sarsılmazdır

Heydər Əliyev Mərkəzində “Art Weekend”in silsilə sərgiləri açılacaq

QMİ sədri VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları ilə görüşüb

Brüsseldə Avropa-Azərbaycan Beyin Mərkəzlərinin I Forumu keçirilib

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda yeni təşəbbüs: beynəlxalq platformaların birgə səyləri

Kiyevdə Dnepr çayı üzərində su keçidləri salınacaq

Sivilizasiyalararası dialoq və strateji uzaqgörənlik VII Dialoq Forumunun gündəliyində

BTQ Fransa Senatının Korsikaya muxtariyyət verilməsini rədd etməsini pisləyib

QMİ sədri: Azərbaycan dini-mədəni müxtəlifliyin harmoniyasını bütün dünyaya nümayiş etdirir

Azərbaycanın multikulturalizm modeli: ortaq mədəni təməl və milli həmrəylik - ŞƏRH

Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb
Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Cüdo üzrə U-20 Bakı şəhər birinciliyinin qalibləri müəyyənləşib

Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşdə Azərbaycanın qastronomik və regional turizm imkanları vurğulanıb

Nihat Məmmədli: Final görüşündə öz səhvlərimə görə məğlub oldum VİDEO

Nihat Məmmədli: Final görüşündə öz səhvlərimə görə məğlub oldum VİDEO

Baş Prokurorluq ilə BMT-nin müvafiq qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb

Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

Böyük Britaniyada minimum əməkhaqqı təxminən 4 faiz artırılacaq

Baş Prokurorluq və ACTA arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb

Azərbaycan Kubokunda 1/8 finalın növbəti iştirakçıları bəlli olub

Almaniya Kansleri Asiya ilə ticarət əlaqələrini genişləndirmək istəyir

Qurban Qurbanovun əvəzedici komandaya göndərdiyi futbolçu “Qarabağ”dan ayrılıb

UNESCO proqramına 8 mindən çox müraciət arasından 50 gənc lider seçilib

Fransanın Ruan şəhərində baş verən zorakılıq hadisələri ilə bağlı istintaq başlayıb

Rusiya Kameruna və Konqoya informasiya müdaxiləsində ittiham edilir

Asa Regner: “Sülh naminə gənclər” proqramının ikinci mərhələsinə start veririk

Energetika naziri: İndiyədək Türkiyəyə 131 milyard, Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib

Sabah Yardımlı şəhəri və 7 kənddə qaz təchizatı dayandırılacaq

Putin: Rusiya və Azərbaycan energetika sahəsində əməkdaşlığın genişləndirilməsini fəal müzakirə edirlər

Baş prokuror İndoneziya və Uqandadan olan nümayəndə heyətləri ilə görüşüb

Azərbaycanın yunan-Roma güləşi yığması dünya çempionatını 3 medalla başa vurub

Ağcabədidə narkotik asılılığının cəmiyyət üçün yaratdığı sosial təhlükələr diqqətə çatdırılıb

Heç bir dövlət öz təhlükəsizliyini yalnız beynəlxalq mexanizmlərin fəaliyyətinə bağlamamalıdır VİDEO

Heç bir dövlət öz təhlükəsizliyini yalnız beynəlxalq mexanizmlərin fəaliyyətinə bağlamamalıdır VİDEO

Sülh quruculuğu sənəti: mədəni diplomatiyanın gücündən istifadə - MÜZAKİRƏ

“Vnukovo” hava limanında uçuşlar müvəqqəti dayandırılıb

Rəvan Həsənov: Dialoq səy, institutlar və hər şeydən əvvəl davamlı insan təması tələb edir

Azərbaycanda xalça istehsalı 61 dəfə, ixracı isə 4 dəfə artıb – QRAFİK

İctimai Şuranın üzvləri Dövlət Proqramının icrası ilə bağlı müzakirələr aparıb

® ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verib

Professor Ramiz Yunus ADU-da Cənubi Qafqazın geosiyasi əhəmiyyətindən danışıb

TÜRKPA-nın Baş katibi Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb

Mədə xərçənginin erkən diaqnostikasının əhəmiyyəti diqqətə çatdırılıb

Agentlik: 20 Somali vətəndaşı Azərbaycanın ali təhsil müəssisələrində təhsil alacaq

Məhəmməd əl-Məsudi: Müharibələri, qarşıdurmaları qardaşlıq əvəz etsin

Seymur Hüseynov: Bakı Prosesi qlobal forumlardan mədəni əməkdaşlıq mexanizminə çevrilməlidir

Azərbaycan U-23 Avropa çempionatında 8 cüdoçu ilə təmsil olunacaq

Əbdülfəttah Əl-Bəlməşi: Sivilizasiya diplomatiyası praktik müstəvidə tətbiq olunmalıdır

Türkiyə gələn ildən “Akkuyu” AES-də istehsal olunan elektrik enerjisindən istifadə etməyə başlayacaq

UNESCO rəsmisi: Gənclərin qərarların formalaşdırılmasında fəal iştirakını təmin etmək bizim məsuliyyətimizdir

Əmək bazarının ehtiyacları ilə təlim imkanlarının əlaqəsinin gücləndirilməsi əsas çağırışlardandır

Dövlət sərhədini pozmağa cəhd edən xarici ölkə vətəndaşları saxlanılıb

Bakı Beynəlxalq Kitab Sərgisində BDU-nun “Radio jurnalistikası” dərsliyi təqdim olunub

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Nazir müavini: Mədəniyyətlərarası dialoq platformaları arasında əməkdaşlıq gücləndiriləcək

Villiam Davila: IE Liderlik və İnnovasiya Mərkəzi yeni əməkdaşlıq imkanları yaradacaq

Xüsusi nümayəndə: İşğal dövründə mədəni irsimizin bir çox nümunəsi ya təhqir olunub, ya da tamamilə dağıdılıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026-cı ilin noyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Baş Prokurorluq ilə Mərakeşin və İraqın antikorrupsiya qurumları arasında Anlaşma memorandumları imzalanıb

Çempionlar Liqası: “Araz-Naxçıvan” Macarıstan klubuna qalib gəlib

İqtisadiyyat Nazirliyi İspaniyanın IE Universiteti ilə Çərçivə Əməkdaşlıq Sazişi imzalayıb

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda əlçatan turizm imkanları diqqət mərkəzində olub

Nazir Məcnun Məmmədov İmişlidə vətəndaşlarla görüşüb

Nigeriyada silahlı hücum nəticəsində 62 nəfər ölüb

Mbappe Mao Tszedunla bağlı sözlərinə görə Çindən üzr istəyib

Azərbaycan ilə ICESCO arasında birgə fəaliyyətlər genişləndirilir

Prezidentin mesajları: Beynəlxalq münaqişələrə qarşı Azərbaycan modeli, iki supergüclə əlaqələr – TƏHLİL

Ziba Mustafayeva: Azərbaycanda bacarıqların, səriştələrin və rəqəmsal imkanların inkişafı prioritetlərimizdəndir

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun xüsusi sessiyası başa çatıb

Professor: Mədəniyyətlərarası anlaşmanın təşviqi dinc yanaşı yaşayışın mühüm şərtidir

Almaniyanın 5 əyaləti nüvə tullantılarının basdırılması üçün ərazi seçimindən imtina edib