İtaliya Suriyaya humanitar yardım göndərib
Roma, 19 sentyabr, AZƏRTAC
İtaliyanın Suriyaya göndərdiyi tibbi avadanlıqlardan ibarət humanitar yardımı paytaxt Dəməşqə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi məlumat yayıb.
Bildirilir ki, yardımın məqsədi Suriyanın xəstəxana sektorunun bərpasına dəstək olmaqdır. İtaliya Suriya xəstəxanalarının diaqnostika və müalicə imkanlarını təkmilləşdirmək üçün qabaqcıl texnoloji alətlər göndərib. Yüklərə zəruri tibbi ləvazimatlar, defibrilyatorlar və ultrasəs aparatları da daxil olmaqla elektrotibbi avadanlıqlar daxildir.
“Bütün tibbi ləvazimatlar fövqəladə hallarda tibb mərkəzlərinə dəstək olmaq, keyfiyyətli tibbi yardım göstərmək və əhalinin ən həssas təbəqələrinin sağlamlığını qorumaq üçün istifadə olunacaq. Bu, səhiyyə sisteminin gücləndirilməsi istiqamətində konkret addımlardır. Məqsəd ölkənin yenidənqurma mərhələsinə keçidini dəstəkləməkdir”, - deyə məlumatda qeyd olunur.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:24]
Yunanıstan BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etməyə başlayıb
- 01.10.2026 [13:08]
ABŞ-nin sutkalıq neft hasilatı 14 milyon barelə çatır
- 01.10.2026 [12:58]
Birləşmiş Ştatların neft ehtiyatları artır
- 01.10.2026 [12:51]
Qazaxıstanda yaşlı əhalinin sayı 2,9 milyona yaxınlaşıb
- 01.10.2026 [12:39]
Rumıniyada hökumət böhranı: Növbəti siyasi addımlar müzakirə olunur
- 01.10.2026 [12:37]