İTALİYA XİN BAŞÇISININ BƏYANATI
Frattini demişdir:“ Əgər Əllavinin rəhbərlik etdiyi müvəqqəti hökumət belə bir xahiş göndərsə, biz günü sabah öz qoşunlarımızı İraqdan çıxarmağa hazırıq”.
Nazir bu bəyanatla “İraq İslam ordusu” yaraqlılarının İtaliyaya verdikləri ultimatumun vaxtının başa çatmasına bir neçə saat qalmış çıxış etmişdir. Bundan bir qədər əvvəl yaraqlılar İraqda işləyən italyan jurnalisti Entso Baldonini girov götürmüşdülər. Avqustun 24-də isə yaraqlılar xəbərdarlıq etmişdilər ki, İtaliya 48 saat ərzində öz qoşunlarını İraqdan çıxarmasa, onu öldürəcəklər.
İraqda beynəlxalq koalisiyanın tərkibində İtaliyanın 3 minə yaxın hərbi qulluqçusu var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [20:13]
Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə edilir
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]