İtaliyada nəqliyyat işçiləri tətil edir
Roma, 24 yanvar, AZƏRTAC
İtaliyada yerli ictimai nəqliyyatda bir günlük milli tətil elan olunub.
AZƏRTAC xəbər verir ki, həmkarlar ittifaqları tərəfindən qəbul olunan qərara əsasən, ölkədə bütün ictimai nəqliyyat növlərinin işçiləri tətil edir. Buna səbəb kimi, əməkhaqqının azlığı, daha yaxşı iş şəraitinin təmin edilməməsi və təhlükəsizlik tədbirlərinin yetərli olmaması göstərilir.
Ölkə üzrə bütün avtobus, tramvay, metro və qatarları əhatə edən tətil Roma, Milan, Turin və Neapol kimi böyük şəhərlərdə nəqliyyatın hərəkətinə mənfi təsir göstərib. Milli tətil səbəbindən “Ita Airways” aviaşirkəti 8 daxili reysi ləğv etmək məcburiyyətində qalıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [14:01]
Ankara aeroportunda təyyarə salonunda yanğın baş verib
- 05.06.2026 [13:29]
Tokayev: Qazaxıstanda iyulun 1-də yeni Konstitusiya qüvvəyə minir
- 05.06.2026 [13:09]
Avropada və ABŞ-də təbii qaz qiymətləri artıb
- 05.06.2026 [12:42]
Kiyev vilayətində dron hücumu nəticəsində dörd nəfər həlak olub
- 05.06.2026 [11:53]