İtaliyada Qərbi Nil virusundan ölənlərin sayı artır
Roma, 31 iyul, AZƏRTAC
İtaliyada Qərbi Nil virusundan ölənlərin sayı 9-a yüksəlib.
AZƏRTAC xəbər verir ki, ötən gün virusa yoluxan daha iki nəfər dünyasını dəyişib. Kampaniya regionunun Kazerta əyalətində 76 yaşlı kişi və Maddalonidə 72 yaşlı kişi virusun növbəti qurbanları olublar. Bu, son iki gündə ölkə üzrə 4-cü, həmin regionda isə indiyədək 5-ci ölüm hadisəsidir. Kazerta əyalətində bu vaxtadək Qərbi Nil virusuna yoluxma hallarının sayı 17-dir.
Ölkə üzrə Qərbi Nil virusuna yoluxmuş 59 nəfərdən 16-sı xəstəxanaya yerləşdirilib, 3-ü reanimasiyadadır.
Ağcaqanadların yoluxdurduğu xəstəliyə tutulanların təxminən 80 faizində heç bir əlamət olmadığı halda, 20 faizində hərarət, halsızlıq, ürəkbulanma, qusma, başağrısı, əzələ ağrısı kimi simptomlar müşahidə edilir. Qərbi Nil virusuna yoluxma faktlarına daha çox Afrika, Avropa, Yaxın Şərq, Şimali Amerika və Qərbi Asiyada rast gəlinir. 2024-cü ildə İtaliyada bu virusa 460 yoluxma və 20 ölüm olub.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [22:08]
Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq
- 29.09.2026 [21:10]
Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik
- 29.09.2026 [20:22]
Qazaxıstan Prezidenti Almaniyaya səfər edib
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]