İtaliyanın bəzi şəhərlərində hava çirkliliyi artıb
Roma, 21 fevral, AZƏRTAC
İtaliyanın şimalındakı bəzi şəhərlərdə yüksək hava çirkliliyi müşahidə olunur.
AZƏRTAC xəbər verir ki, ölkənin sənaye-maliyyə mərkəzi olan Milanda və ətraf şəhərlərdə havanın çirkliliyi ardıcıl dörd gündür yüksək səviyyədədir.
Ötən həftə sonundan davam edən hava çirkliliyi səbəbindən yerli hakimiyyət orqanları ətraf mühitin və insan sağlamlığının qorunması məqsədilə bəzi tədbirlər görməyə başlayıb. Belə ki, Milan da daxil olmaqla, doqquz şəhərdə əhalisi 30 mindən çox olan bələdiyyələrdə “Avro 0”, “Avro 1” və “Avro 2-3-4” kateqoriyalı dizel yanacağı ilə işləyən avtomobillərin həftə sonları hərəkəti məhdudlaşdırılacaq. Bundan başqa, fərdi evlərdə və ticarət mərkəzlərində istilik sistemləri 19 dərəcədən aşağı saxlanılacaq.
Yüksək hava çirkliliyi ilə əlaqədar Milanda insanlar açıq havada qoruyucu maskalardan istifadə etməyə başlayıblar.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]