İtaliyanın gömrük xidməti poçt bağlamalarının arasında dinozavr yumurtası tapıb
Bakı, 14 iyun, AZƏRTAC
İtaliyanın Berqamo şəhərinin hava limanının gömrük xidməti ölkəyə daxil olmaq üçün nəzərdə tutulan poçt bağlamalarının arasında dinozavr yumurtası aşkarlayıb.
AZƏRTAC “Giornale di Brescia” nəşrinə istinadla xəbər verir ki, dağ süxuru ilə əhatələnmiş dinozavr yumurtasının qabığı online alış-veriş yolu ilə Malayziyadan Apennin yarımadasına göndərilib. Sertifikatın mövcud olmayan agentlik tərəfindən verilməsi bağlamaya şübhələri artırıb.
“Orio-al-Serio” hava limanının gömrük əməkdaşları tapıntı barədə Berqamo və Breşiya əyalətlərinin Arxeologiya Departamentinə məlumat verib. Alimlər bunun bir zamanlar hazırkı Çin ərazisində yaşayan böyük otyeyən dinozavr - şunozavr yumurtası olduğunu müəyyən ediblər.
Nəşrin məlumatına görə, bağlamanın alıcısı ondan imtina edib. Müvafiq sertifikatı olmayan arxeoloji tapıntı dövlətin sərəncamına verilib və sonradan muzeylərdən birinin ekspozisiyasına daxil ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [12:11]
Türkiyə F-35 qırıcıları ilə bağlı ABŞ-nin cavabını gözləyir
- 14.10.2026 [11:47]
Rusiyada bir nəfərin ölümü ilə nəticələnən kütləvi dron hücumu dəf edilib
- 14.10.2026 [11:35]
Çin və Şimali Koreya arasında on iki il əvvəl tikilən körpü açılır
- 14.10.2026 [11:29]