İtaliyanın sabiq Baş naziri yeni qurulacaq hökumətdə təmsil olunmaq istəmir
Roma, 8 fevral, AZƏRTAC
İtaliyada istefa verən Baş nazir Cüzeppe Konte Avropa Mərkəzi Bankının (AMB) keçmiş rəhbəri Mario Draqinin formalaşdıracağı yeni hökumətdə təmsil olunmaq istəmir.
AZƏRTAC xəbər verir ki, C.Konte M.Draqinin yeni hökuməti qurmaq üçün göstərdiyi səyləri dəstəklədiyini bildirsə də, yeni kabinetə qoşulmaq niyyətində olmadığını ifadə edib. 2018-ci ilin iyunundan bəri İtaliyada hökumətə rəhbərlik edən bitərəf hüquqşünas C.Kontenin yeni hökumətlə bağlı danışıqlarda xarici işlər naziri vəzifəsinə gətiriləcəyi iddia olunur.
C. Konte onun siyasi kursuna əsas dəstəyi göstərən “Beş ulduz hərəkatı”na qoşula biləcəyinə də işarə edib və bu hərəkatı M. Draqinin quracağı hökuməti dəstəkləməyə çağırıb. O bildirib ki, indi özünütəcrid məqamı deyil, ölkənin maraqları prioritet olmalıdır. Onun çağırışı parlamentdəki yerlərin üçdəbirini əhatə edən “Beş ulduz hərəkatı”nda ciddi fikir ayrılığına səbəb olub.
Sabiq Baş nazir yeni hökumətlə bağlı fikirlərini mətbuat üçün bölüşərkən sağçı-populist qüvvələrin, xüsusilə də “Leqa” partiyasının yeni hökumətdə təmsil oluna biləcəyindən narahatlıq ifadə edib. O, eyni zamanda, rəhbərlik etdiyi hökumətin parçalanmasında xüsusi rol oynamış “Viva İtalia” partiyasının M. Draqi hökumətində iştirak arzusunu da tənqid edib. C.Konte ona arxa çevirmiş siyasətçiləri unutmadığını və gələcək siyasi əməkdaşlıq imkanlarında bu kimi məsələləri diqqətdə saxlayacağını qeyd edib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]