Azərbaycan Dövlət İnformasiya Agentliyi

IV Qurultay: Prezidentin tarixi nitqinin strateji mahiyyətli məqamları

IV Qurultay: Prezidentin tarixi nitqinin strateji mahiyyətli məqamları

Bakı, 17 iyun, AZƏRTAC

Newtimes.az portalı Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının IV Qurultayı haqqında analitik məqalə yayıb. AZƏRTAC məqaləni təqdim edir.

İyun ayının 3-də və 4-də Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayı keçirilib. Tədbirdə 500-dən çox nümayəndə iştirak edib. Ölkə başçısı İlham Əliyev Qurultayda geniş və dərin məzmunlu nitq söyləyib. Burada dövlətçilik üçün strateji əhəmiyyətli bir sıra məsələlər təhlil edilib. Onların əsasında Prezident diaspor təşkilatları qarşısında mühüm vəzifələr qoyub. Dövlət başçısı sistemli şəkildə müasir dünyanın geosiyasi trendlərini vurğulayaraq, Azərbaycanın diaspor təşkilatlarının fəaliyyətlərini buna uyğun qurmasını əsaslandırıb. Burada əsas məsələnin Azərbaycana bağlılıq, milli kimliyin və mədəniyyətin qorunub saxlanması, iqtisadi sahədə Vətənə xidmət göstərilməsi, düşmən təbliğatına qarşı səmərəli mübarizənin yeni səviyyəyə qaldırılması kimi vacib məqamlara diqqət yönəldilib. Bütün bunların hamısının geniş təhlil və təbliğinə ciddi ehtiyac var. Prezidentin ifadə etdiyi tezislər azərbaycanlılar qarşısında duran strateji vəzifələrin həlli üçün olduqca vacibdir. Həmin xətt üzrə koordinasiyalı fəaliyyət zəruri olaraq yeni-yeni qələbələrə aparacaqdır.

Keçilən yola baxış: 15 illik nailiyyətlərin izi ilə

15 il bundan öncə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının I Qurultayı keçirilib. Həmin vaxtdan etibarən planetin hər tərəfində yaşayan soydaşlarımızın azərbaycançılıq məfkurəsi ətrafında birləşməsi prosesi vüsət alıb. O cümlədən xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarının koordinasiyalı işləməsi istiqamətində təsirli addımlar atılıb. Bunun nəticəsidir ki, IV Qurultaya 49 ölkədən 500-dən çox nümayəndə qatılmışdı. Bu, kifayət qədər böyük qüvvədir. Onun idarə edilməsi də asan məsələ deyil.

Dövlət başçısı İlham Əliyev qurultayda söylədiyi dərin məzmunlu və strateji məqamları özündə ehtiva edən nitqində həmin kontekstdə aktual fikirləri ifadə edib (bax: Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayının rəsmi açılış mərasimi olub / AZƏRTAC, 3 iyun 2016). Tədbiri əlamətdar hadisə kimi qiymətləndirən Prezident, onun dünya azərbaycanlılarının birləşməsi, daha da fəal olması üçün çox önəmli rol oynadığını xüsusi vurğulayıb.

Burada ölkə rəhbəri bu kimi tədbirlərin azərbaycanlıların dünya miqyaslı təşkilat çərçivəsində fəaliyyətlərinə mütəşəkkillik verdiyinə işarə edib. Dünyanın hər bir guşəsində soydaşlarımız yaşayırlar. Onlar müxtəlif səviyyələrdə təmsil olunurlar. Lakin azərbaycançılıq məfkurəsi altında birləşib Vətən naminə çalışmağın zamanı gəlib. Qloballaşma müxtəlif xalqları birləşdirirsə, eyni xalqın nümayəndələri vahid ideya ətrafında səfərbər olaraq öz Vətənləri üçün xeyirli işlər görməlidirlər.

Başqa xalqlarda bu nümunə vardır. Ancaq azərbaycanlılar üçün situasiya tamamilə fərqlidir. Onlar kimlərəsə qarşı birləşmirlər, müstəqil Azərbaycan dövlətini və mədəniyyətimizi daha yaxından tanıtmaq məqsədi ilə təşkilatlanırlar. Bu zaman, təbii ki, ölkə, onun insanları, rəhbərliyi, mədəniyyəti, dövlətçilik strategiyası haqqında yanlış fikir yaratmağa cəhd edənlərlə mübarizə aparmaq da lazım gəlir. Sirr deyil ki, müxtəlif dairələr əsrlərdir ki, müsəlmanlar, o cümlədən türklərlə bağlı (fərqi yoxdur, türkiyəlilər, azərbaycanlılar, türkmənlər, qazaxlar, yaxud özbəklər olsun) şər-böhtan dolu təbliğatlar aparırlar.

Buna qarşılıq həqiqəti deyib sübuta yetirən mütəşəkkil təşkilata ehtiyac vardır. Azərbaycan diaspor təşkilatları bu funksiyanı yerinə yetirmək üçün bütün potensiala malikdirlər. Ölkə rəhbəri təşkilatlanma ilə fəallaşmanın ortaq strategiyasını məhz bu müstəvidə diqqətə çatdırır. IV Qurultaya qədər keçilən yol bu cür nəticə çıxarmağa xeyli əsas verir. Prezident İlham Əliyev bu kontekstdə nitqində vurğulayıb: "Əlbəttə, biz həmişə xaricdə yaşayan azərbaycanlıların həyatı, taleyi, işləri ilə maraqlanırıq. Çalışırıq ki, onlara öz dəstəyimizi verək. İstəyirik ki, onlar olduqları ölkələrdə rahat yaşasınlar, yaxşı mövqe tutsunlar, onların yaxşı imkanları olsun və eyni zamanda, öz doğma Vətəninə də xidmət etsinlər" (bax: əvvəlki mənbəyə).

Bunun real nəticəsi Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması, diaspor təşkilatlarının formalaşma prosesinin geniş vüsət almasıdır. Əgər 2002-ci ildə dünyada 200-dən bir qədər çox diaspor təşkilatımız vardısa, hazırda onların sayı 462-dir. Həm də 462 diaspor təşkilatı daha koordinasiyalı, sıx əlaqədə fəaliyyət göstərirlər. O zaman 200 təşkilat arasında bu cür bağlılıq yox idi. Daha əhəmiyyətlisi isə odur ki, 462 diaspor təşkilatı azərbaycançılıq məfkurəsi altında birləşiblər, onların vahid məqsədi, müstəqil dövlətçiliyə xidmət həvəsi, milli mədəniyyəti dünyada tanıtmaq kimi yüksək amalı vardır.

Bütün bunların əsasını Ulu Öndər qoymuş, sonra isə Prezident İlham Əliyev inkişaf etdirmişdir. Bu səbəbdəndir ki, ölkə başçısı IV Qurultayda qətiyyətlə bəyan edib: "Azərbaycan diaspor təşkilatları həm kəmiyyət, həm keyfiyyət baxımından böyük yol keçmiş, güclənmiş, bu gün dünya miqyasında azərbaycanlılar və onların təmsil etdikləri təşkilatlar önəmli rol oynayırlar" (bax: əvvəlki mənbəyə).

Bununla keçən 15 il ərzində diaspor təşkilatları ilə qurulan iş keyfiyyətcə yeni bir durumun yaranmasına səbəb olub. İndi azərbaycanlılar dünyanın müxtəlif yerlərində istənilən tədbiri keçirə bilirlər. Nəticədə, dünya ictimaiyyətini Azərbaycan reallıqları ilə daha geniş şəkildə tanış etmək imkanı yaranıb.

Növbəti mərhələ: daha sistemli və məqsədyönlü fəaliyyət uğrunda

Yeni mərhələ başlayıb. Diaspor təşkilatları yetişən gənc nəslin tərbiyəsində ciddi iştirak etməlidir. Ölkə başçısı burada əsas məqsədin gənclərin Vətənə bağlılığını təmin etməkdən ibarət olduğunu bildirib. Bunun üçün dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq azərbaycanlı gəncin Azərbaycan dilini bilməsi mütləq şərt kimi qəbul edilməlidir. Bu, çox mühüm məqamdır.

Dil millətin mənəviyyatının aynasıdır. Alimlər əmindirlər ki, milli xarakterin formalaşmasında dilin rolu həlledicidir. Ulu Öndər Heydər Əliyev həmişə Azərbaycan dilinə böyük diqqət göstərmiş, onun təbliği üçün əlindən gələni etmişdir. Prezident İlham Əliyev də Azərbaycan dilinin cəmiyyətdə statusunu daha da yüksəltmək üçün ciddi addımlar atır. Azərbaycan alimləri qarşısında bununla bağlı böyük vəzifələr qoyulub. Dilin təmizliyinin saxlanması burada böyük önəm daşıyır. Xaricdə yaşayan gənc nəslin Azərbaycan dilini bilməsi onların milli zəmində yetişməsi üçün mühüm şərtdir. Bu səbəbdən ölkə rəhbərinin Qurultayda bu məsələyə ayrıca toxunması olduqca əhəmiyyətli məqamdır.

Dövlət başçısı Qurultayda söylədiyi nitqində daha bir vacib məsələyə diqqət yönəldib. O, diaspor təşkilatları arasında özünü göstərən rəqabətə münasibətini bildirib. Bəzi hallarda qeyri-sağlam rəqabət olur ki, bunu dərhal aradan qaldırmaq gərəkdir. Çünki "Biz ölkə daxilində də, xaricdə də birlik nümayiş etdirməliyik və bizim gücümüz birliyimizdədir. Bu gün Azərbaycanda vətəndaş cəmiyyəti birlik nümayiş etdirir. Biz vahid amal uğrunda çalışırıq. Ölkəmizin gələcəyi ilə, strateji istiqamətlə bağlı cəmiyyətimizdə fikir ayrılığı yoxdur. Dövlət müstəqilliyi, iqtisadi müstəqillik, sosial məsələlərin həlli, ərazi bütövlüyümüzün bərpası, digər məsələlər ətrafında cəmiyyətdə vahid fikir var, konsensus var" (bax: əvvəlki mənbəyə). Bizcə, çox aydın, dəqiq və konkret ifadə edilmiş fikirdir. Azərbaycan naminə diaspor təşkilatları öz aralarında yalnız birliyə aparan münasibət qurmalıdırlar. Onlar monolit birləşməlidirlər.

Bu kontekstdə Prezidentin bir məqamı önə çəkməsi olduqca yerinə düşüb. İlham Əliyev Azərbaycan diasporunun bir vəzifəsinin də erməni diasporunun yalanlarına qarşı mübarizə aparmaq olduğunu xüsusi qeyd edib. Məsələ ondan ibarətdir ki, ermənilər diaspor fəaliyyəti ilə on illərdir ki, məşğul olurlar. Ancaq onlar ədalət naminə deyil, başqalarına şər-böhtan atmaq üçün canfəşanlıq edirlər. Nəticədə, dünya ictimaiyyəti aldadılır, azərbaycanlılar haqqında yanlış təsəvvürlər formalaşır. Bu işdə ermənilər xarici KİV-də ələ aldıqları jurnalistlərdən, media vasitələrindən yararlanırlar. Təəssüf ki, Azərbaycan diaspor təşkilatları hələlik bu istiqamətdə lazımi səviyyədə səmərəli çalışmırlar. Bununla yanaşı, azərbaycanlıların xarici ölkələrin dövlət, hökumət, qanunvericilik orqanlarında da təmsilçiliyi aşağı səviyyədədir.

Ölkə rəhbəri hər iki istiqamətdə daha fəal mövqe tutmağı tövsiyə edib. İlham Əliyev ifadə edib: "...bizim zəif yerlərimizdən biri, qeyd etdiyim kimi, xarici ölkələrin dövlət, hökumət, qanunvericilik orqanlarında təmsilçiliyimizin aşağı səviyyədə olmasıdır. İkincisi, xarici media qurumları ilə bizim işimiz o qədər də yaxşı qurulmayıb. Burada da əsas rolu əlbəttə ki, diaspor təşkilatları oynamalıdır. Çünki Azərbaycan dövləti bu işlərə müdaxilə edə bilməz. Biz heç bir xarici ölkənin daxili işinə qarışmırıq" (bax: əvvəlki mənbəyə).

Nəhayət, dövlət başçısı, xaricdə yaşayan azərbaycanlı iş adamlarının öz Vətənlərinə sərmayə qoymasının lazım olduğunu bəyan edib. Hazırda Azərbaycanda çox yaxşı biznes mühiti mövcuddur. Müstəqillik dövründə 200 milyard dollar ölkəyə sərmayə qoyulub ki, bunun yarısı xaricilər tərəfdən olub. Bunun fonunda xaricdə fəaliyyət göstərən azərbaycanlı iş adamlarını buraya yatırım etməsi strateji tələbata çevrilib. Çünki söhbət azərbaycanlıların Vətənindən gedir. Onun iqtisadi gücünü də məhz azərbaycanlılar formalaşdırmalıdır.

Beləliklə, dövlət başçısının Dünya Azərbaycanlılarının IV Qurultayındakı nitqi böyük əhəmiyyəti olan məsələləri əhatə edib. Onların hamısını bir yazıda vermək imkansızdır. Ancaq yuxarıda vurğuladığımız bir sıra məqamlarda Prezident İlham Əliyevin dünya azərbaycanlıları qarşısında ciddi milli və strateji əhəmiyyətli vəzifələr qoyduğu aydın görünür.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın idarəetmə imzası: dünya üçüncülüyündən beynəlxalq təcrübə mübadiləsinə - ŞƏRH

Sabah yağış yağacaq, bəzi yerlərdə duman olacaq

Xocalı və Xocavənddə səyyar aqrar xidmətlər göstərilib

Tarixçi-alim: Qarabağın xristian əhalisi Alban-Qıpçaq nəsillərinin nümayəndələri olub

Azər Əmiraslanov: “Davamlı inkişaf siyasəti” dərsliyi dövlət siyasəti və elm üçün dəyərli töhfədir

Ekspert: Azərbaycan ilə Mərkəzi Asiya ölkələri ticarət, nəqliyyat və tranzit əlaqələrini möhkəmləndirir

Rüfət Əliyev: Əldə etdiyimiz təcrübəni tərəfdaşlarla bölüşməyə və mütəxəssislərin hazırlanması layihələrinə dəstək verməyə hazırıq

“Samsung” rüblük əməliyyat gəlirlərindəki rekordunu yeniləyib

Tacikistan Prezidenti: Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik

Filippinli səyyah: Qarabağ və Şərqi Zəngəzur ekspedisiyasından gözləntilərim böyükdür

Husilərin Səudiyyə Ərəbistanında fəaliyyət göstərən hava limanlarına hücumları nəticəsində 3 nəfər ölüb

DTX-nin baş idarə rəisi: Genetik Araşdırmalar Mərkəzinin laboratoriyasının ISO 20387 standartı üzrə akkreditasiyasına hazırlıq mərhələləri uğurla tamamlanıb

Professor: Nobel kəşfləri təhlükəsiz dərmanların hazırlanmasına yeni imkanlar yaradır

Qırğızıstan Prezidenti: Azərbaycanın sədrliyi birgə işimizə yeni təkan verəcək

120, 120E və 121E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Qərbi Azərbaycanda tarixi abidələrimiz -Şadıvəng

“AccessBank” qadın sahibkarlar üçün “Access2Success” layihəsinə 5-ci dəfə start verir

Azərbaycanın itkin düşmüş şəxslər və mina problemi ATƏT PA-da diqqət mərkəzində olub

Monteneqrolu nümayəndə: İtkin şəxslərin axtarışı etimad quruculuğu tədbirlərindən birinə çevrilə bilər

Qazaxıstan Prezidenti: Orta Dəhlizin TRIPP nəqliyyat təşəbbüsü ilə inteqrasiyası mövcud potensialı genişləndirəcək

Azərbaycan Texniki Universitetinin kafedra müdiri Almaniyada elmi-tədqiqat işləri aparıb

Sürüşmə baş verən Altıağac–Xızı yolunda bərpa və möhkəmləndirmə işləri aparılır

Sadiq Qurbanov: Davamlı inkişaf iqtisadi, sosial və ekoloji amilləri vahid inkişaf modelində birləşdirir

BMT-nin Sülhməramlı Qüvvələrinin Livan-İsrail sərhədindəki mövqeyi atəşə tutulub

Naxçıvanda vergi daxilolmaları 10 faizdən çox artıb

Kasım-Jomart Tokayev: Mərkəzi Asiya dövlətləri və Azərbaycan süni intellektdən məsuliyyətli istifadə ilə bağlı bəyannamə hazırlamalıdır

Qəbələ-Xankəndi Ultramarafonunda ilk mərhələnin qalibi bəlli olub

Türk ekspert: Orta Dəhlizin rəqəmsallaşdırılması onun qlobal rəqabət qabiliyyətini daha da artıracaq

Azərbaycanın kibürtəhlükəsizlik üzrə nümayəndəsi beynəlxalq yarışda qalib olub

TBMM-in üzvü: Türkiyənin Azərbaycanın yaşadığı ağrılara və üzləşdiyi humanitar problemlərə laqeyd qalması mümkün deyil

İsa Həbibbəyli: “Davamlı inkişaf siyasəti” dərsliyi elmi ictimaiyyət üçün mühüm töhfədir

AFFA baş katibinin müşaviri: Hövsanda FIFA standartlarına uyğun 10 futbol meydançası istifadəyə hazırdır

Qazaxıstanda Birinci Türk xaqanlığı dövrünə aid qədim şəhər yeri aşkar edilib

Türkmənistan Prezidenti: Mərkəzi Asiya və Azərbaycanın logistika və enerji mərkəzləri kimi rolu artır

Fransa: Marin Lö Penin 140 milyard avroluq qənaət planı tənqid olunub

Peru Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

Kənd Təsərrüfatı Nazirliyi pambıq məhsulunun dəyərini ala bilməyən fermerlərlə bağlı açıqlama yayıb

Nicə gedən turist hansı tarixi məkanları görəcək? VİDEO

Nicə gedən turist hansı tarixi məkanları görəcək? VİDEO

QHT sədri: Azad edilmiş ərazilərdə quruculuq işləri Azərbaycanın əldə etdiyi tarixi nəticələrin real ifadəsidir

BMT Azərbaycandakı fəaliyyətini daha da genişləndirmək niyyətindədir

Qeyri-neft-qaz ixracında yeni mərhələ: Logistika xərclərinin kompensasiyası rəqabət imkanlarını necə dəyişəcək?

Dmitro Şlapaçenko: Təhsil gələcək nəsilləri inkişaf çağırışlarına hazırlayan əsas vasitədir

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB

Sərdar Berdiməhəmmədov: Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə qoşulması məntiqi nəticədir

Bu il Azərbaycandan Türkmənistana məhsul ixracının dəyəri 23 faiz artıb – QRAFİK

İstanbulda çökən binanın dağıntıları altından 1 nəfərin meyiti tapılıb, 3 nəfərin axtarışları davam edir – YENİLƏNİB - 2 VİDEO

İstanbulda çökən binanın dağıntıları altından 1 nəfərin meyiti tapılıb, 3 nəfərin axtarışları davam edir – YENİLƏNİB - 2 VİDEO

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət ediblər

Akademik Rafael Hüseynov Tbilisidə keçirilən beynəlxalq konfransında çıxış edib

Gürcüstan Şərq-Qərb beynəlxalq avtomagistralında tikinti işlərini sürətləndirib

Bu dəfə yol Lerik dağlarındakı Tokiəxıl şəlaləsinə aparır VİDEO

Bu dəfə yol Lerik dağlarındakı Tokiəxıl şəlaləsinə aparır VİDEO

“Səngərdən başlayan yol” - BDU-da hərbi-vətənpərvərlik görüşü

Pakistanda 9 terrorçu zərərsizləşdirilib

MDB platforması Azərbaycan üçün iqtisadi əlaqələrin inkişafı üçün imkanlar yaradır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 8 oktyabr

DİA rektoru: Azərbaycanda davamlı inkişaf üzrə tədris prosesi bir sıra ölkələrdən əvvəl başlayıb

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqi qarşıdakı strateji hədəfləri müəyyənləşdirir - ŞƏRH

Azərbaycana repatriasiya edilən daha 13 nəfərin sosial reabilitasiyasına başlanılıb

FIFA U-15 dünya çempionatı ilə bağlı Hövsan Yarış Kompleksinə mediatur təşkil edilib

Qaradağda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlanılıb VİDEO

Qaradağda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlanılıb VİDEO

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Lisey şagirdlərinin etirazları davam edir: Parisdə blokadalar qurulub

Nəzər Əliyev: “Lahıc” qoruğunu son 9 ayda 120 mindən çox turist ziyarət edib

Urxan Ələkbərov: Yeni texnologiyaların tədrisində təqdim olunan dərsliyin əhəmiyyəti böyükdür

Sürücünün ötmə qaydasını pozması azyaşlı bacısının həyatına son qoyub VİDEO

Sürücünün ötmə qaydasını pozması azyaşlı bacısının həyatına son qoyub VİDEO

Binəqədidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Fransa və Madaqaskar arasında hərbi sahədə əməkdaşlıq gücləndirilir

Politoloq: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq mövqeyini və strateji imkanlarını gücləndirir

Akademik Teymur Kərimli: Klassik irs sözün və milli düşüncənin gücünü nümayiş etdirir

Birləşmiş Ştatların gündəlik neft hasilatı artıb

Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik

Anar Nağıyev: Ortaq mədəni irsin, dilin və dəyərlərin araşdırılması mühüm əhəmiyyət daşıyır

Arxeoloji irsin öyrənilməsi istiqamətində yeni tədqiqatlar - elmi seminar

Özəl sektorun iqtisadi proseslərdə rolu dəyərləndirilib

® ABB 12 ay faizsiz ödəniş imkanı yaradan “TamKart Max” kredit kartını təqdim edib

133 və 170 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Sabunçuda avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq olunacaq

ABŞ-nin neft ehtiyatları azalır

Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb

İsmət Çətin: “Türk dili və ədəbiyyatının tədrisi” sipoziumu Türk dünyasının elmi əməkdaşlığına xidmət edir

Prezident: Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir

İdeoloji təhlükəsizlik: yeni mərhələnin yeni çağırışı - ŞƏRH

Prezident İlham Əliyev: Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir

Ötən gün narkotiklərlə əlaqəli 20 fakt müəyyən edilib

Professor Mahirə Hüseynova: Türk dünyasının dilləri arasında kəskin fərqlər yoxdur

Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq

Prezident İlham Əliyev: Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb

“Mən öz ağacımı əkmişəm”... - həyat yoldaşının şəhid Denis Əliyev haqqında xatirələri

Əhməd Bican Ərcilasun: Türk dili və ədəbiyyatının tədrisində dilin dərin qatlarının öyrənilməsi vacibdir

Qusarda yol infrastrukturu yenilənir – Piral kəndində 3,1 kilometr yol asfaltlanıb

Prezident: Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib

NASA Mars şəfəqinin qeyri-adi görüntüsünü yayımlayıb

Azərbaycanın dövlət maliyyə idarəçiliyi 133 ölkənin reytinqində 3-cü yeri tutub

Prezident Kitabxanasında növbəti dəyirmi masa bəstəkar Aydın Əzimovun yaradıcılığına həsr olunub

Prezident İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

Öhdəliklərin icrasından yayınan Ermənistan, mənasını itirən Beynəlxalq Qızıl Xaç Komitəsi – TƏHLİL

ADU-da “Türk dili və ədəbiyyatının tədrisi” IV Beynəlxalq simpoziumunun açılışı olub

Akif Quliyev: 16 nəfərə aid qalıqlar götürülüb və məhkəmə tibbi ekspertizaya təhvil verilib

ADU rektoru: Simpoziumun əsas məqsədlərindən biri gənc alimlər arasında elmi əlaqələrin qurulmasıdır