ELM VƏ TƏHSİL
IX sinif şagirdlərinin buraxılış imtahanına psixoloji hazırlığına dair vebinar keçiriləcək
Bakı, 4 aprel, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin (DİM) mütəxəssisləri tərəfindən “IX sinif şagirdlərinin buraxılış imtahanına psixoloji hazırlığı” mövzusunda vebinarın keçirilməsi nəzərdə tutulur. DİM-dən AZƏRTAC-a bildirilib ki, vebinarda imtahana psixoloji hazırlığın vacibliyi, imtahan stresi, bu stresin həyatımıza təsiri və onunla mübarizə yolları barədə danışılacaq.
Vebinar aprelin 7-də saat 17:00-da “Zoom” platforması vasitəsilə ödənişsiz keçiriləcək və “e-psixoloq.az”ın “Instagram” səhifəsində canlı yayımlanacaq.
Vebinarın linki həmin gün vebinardan bir neçə saat öncə qeydiyyat zamanı təqdim olunan elektron poçt ünvanına göndəriləcək.
Qeydiyyat linki DİM-in saytında yerləşdirilib.