İxracla məşğul olan sahibkarlar üçün təlimlərə start verilib
Bakı, 15 aprel, AZƏRTAC
Cari ilin aprel, may və iyun ayları ərzində ixracla məşğul olan və ixraca hazırlaşan sahibkarlar üçün təlimlər keçiriləcək.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a verilən məlumata əsasən, təlimlərin məqsədi ixracatçı sahibkarların beynəlxalq bazarlara çıxış imkanları barədə məlumatlandırılması və ixrac proseslərini effektiv şəkildə idarə etmələrinə dəstək olmaqdır.
Aprel ayı üzrə ilk onlayn təlim “İxracın əsasları: Haradan başlamaq lazımdır?” və "Logistika və təchizat zəncirinin idarə edilməsi" mövzularına həsr olunub.
Təlimdə Kanada İxracın İnkişafı Agentliyinin əməkdaşı, beynəlxalq ticarət sahəsində ekspert Samir Musayev tərəfindən şirkətin ixraca hazırlığı, hədəf bazarının seçilməsi, tələbin və rəqiblərin təhlili, ixrac prosesinin əsas mərhələləri, logistika sahəsində etibarlı tərəfdaşların seçilməsi, nəqliyyat xərclərinin optimallaşdırılması, çatdırılma ilə bağlı zamanın və risklərin idarə edilməsi ilə bağlı məlumat verilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Ümumilikdə təlimdə 20-yə yaxın sahibkar iştirak edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [17:38]
Siyəzən-Dağ Quşçu-Ərziküş yolunda bərpa işlərinə başlanılıb
- 05.06.2026 [17:15]