“James Webb” teleskopunda alınmış yeni unikal təsvir
Bakı, 30 avqust, AZƏRTAC
NASA-nın “James Webb” teleskopu vasitəsilə infraqırmızı spektral diapazonda yüksək ayırdetməli çox nadir təsvirlər əldə edilib. Onlardan biri Herbiq-Aro 46/47 adı ilə məlum olan yeni formalaşmaqda olan sıx qoşa ulduzlardır.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Bildirilib ki, həmin obyektin cəmi bir neçə min il yaşı var və tam ulduz formasına düşmək üçün hələ bir neçə milyon il lazımdır.
Qeyd edək ki, belə obyektlərin tədqiqi bu ulduzların göstərilən vaxt ərzində nə qədər kütlə yığmasını müəyyənləşdirməyə və gələcəkdə onların modelləşdirilməsini həyata keçirməyə imkan verir. Bu da bizim Günəş sisteminin necə yaranması haqqında geniş məlumatlar toplamağımıza imkan yaradır.
Daha ətraflı məlumat üçün linkə keçid etmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:45]
Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb
- 29.09.2026 [18:01]
BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar
- 29.09.2026 [17:09]
Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası
- 29.09.2026 [17:03]
Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb
- 29.09.2026 [16:41]