Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Jewish Journal”: Ermənistan Holokostda iştirak etmiş faşistlərin və antisemitlərin xatirəsini əbədiləşdirir

“Jewish Journal”: Ermənistan Holokostda iştirak etmiş faşistlərin və antisemitlərin xatirəsini əbədiləşdirir

Bakı, 29 aprel, AZƏRTAC

Amerikada nəşr olunan nüfuzlu “Jewish Journal” yəhudi qəzetinin dünənki nömrəsində beynəlxalq münasibətlər sahəsində israilli ekspert, İsrailin “Cəmiyyət üçün beynəlxalq layihələr” QHT-nin rəhbəri Arye Qutun “Ermənistan Holokostda iştirak etmiş faşistlərin və antisemitlərin xatirəsini əbədiləşdirir” sərlövhəli məqaləsi dərc edilib.

Məqalə müəllifi qeyd edir ki, bir neçə gün əvvəl Ermənistanın sabiq baş naziri Qrant Baqratyan Holokost aktının tanınması haqqında qətnamə layihəsini ölkənin qanunverici orqanına baxılmaq üçün təqdim edib. Bu qərarın səbəbini KİV-ə açıqlayan deputat deyib: “Bəziləri deyirlər, nə qədər ki, İsrail “erməni soyqırımı”nı tanımayıb, biz də Holokost aktını tanımamalıyıq. Bu, Ermənistanda antisemitizmin dövlət səviyyəsində olmasının daha bir təsdiqi deyilmi?”.

Arye Qut vurğulayır ki, dünya ictimaiyyəti artıq Nürnberq prosesinin ardından Holokost aktını Avropa yəhudilərinin soyqırımı kimi tanıdıqdan sonra da, görünür, Ermənistan bunu tanımağa nəinki hazırlaşmır, hətta İsraildən qondarma “erməni soyqırımı”nı tanımağı tələb edir. İsrailin “Cəmiyyət üçün beynəlxalq layihələr” QHT-nin rəhbəri Arye Qut qeyd edir ki, “Alman faşistləri Avropada 6 milyon yəhudini ona görə məhv etmişdi ki, onlar yəhudi idilər; ermənilər isə onlara Osmanlı imperiyası ərazisində öz dövlətlərini qurmağı vəd edən çar Rusiyasının qurbanı olublar”.

Sovet İttifaqının dağılmasından sonra Ermənistanda yəhudi azlığı və yəhudi xalqının irsinin kəskin surətdə azaldığını bildirən müəllif yazır: “Ermənistanda antisemit əhval-ruhiyyənin güclənməsi və indiyədək davam edən iqtisadi tənəzzül yəhudiləri Ermənistandan getməyə məcbur edib. Ermənistanda indiyədək yəhudilərə qarşı güc tətbiq edilir. Bu təzyiq antisemit kitabların nəşrində, televiziyada antisemit proqramların aparılmasında, habelə Yerevanda Holokost qurbanlarının xatirə lövhəsinin dəfələrlə təhqir edilməsində özünü göstərir. Sirr deyil ki, oxşar faktlarla digər ölkələrdə də qarşılaşmaq olar ki, bunun da səbəbi əhalinin müəyyən hissəsinin məlumatsızlığıdır”.

Arye Qut məqaləsində Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun nüfuzlu alimi Moisey Bekkerin məlumatlarına istinad edir. Moisey Bekker bir neçə il əvvəl “Ermənistanda antisemitizm” adlı hesabatında göstərmişdi ki, erməni tarixi dərsliklərində və Ermənistanın kütləvi informasiya vasitələrində “Daşnaksütyun” təşkilatının fəalı, məşhur erməni antisemiti, daha çox “Dro” ləqəbi ilə məşhur olan Dramastamat Kanayanın həddindən artıq tərifləndiyi faktını məhz Rimma Varjapetyan qeyd etmişdi. “Xatırlamaq lazımdır ki, İkinci Dünya müharibəsində general Dro minlərlə yəhudilərin məhv edilməsində şəxsən iştirak edib. Varjapetyanın fikrincə, bu gün azad Ermənistana məhz belə “pəhləvan”, parlaq antisemit və faşist lazımdır. Bu, ölkənin indiki hakimiyyətinə özünün ekspansionist planlarına bəraət qazandırması və böyüməkdə olan nəslin digər xalqlara qarşı nifrət ruhunda tərbiyə alması üçün lazımdır. Erməni tarixi dərsliklərində faşist və yəhudilərin məhv edilməsinin iştirakçısı olan şəxs qəhrəman kimi çatdırıldıqdan sonra bu, Varjapetyan və ya “yəhudi” xanım tərəfindən nə antisemitizm, nə də faşizmə bəraətdir. O, ermənilərin nasist cinayətlərinə onların məhz erməni olduqlarınamı görə bəraət qazandırmağa hazırdır?” - deyə məqalə müəllifi sual edir.

Arye Qut yazır ki, İkinci Dünya müharibəsi zamanı Vermaxtın tərkibində 20 minlik erməni legionunun qəddarlığını tarix heç zaman yaddan çıxarmayıb. “Millətçi sərkərdə Dro (o, minlərlə yəhudinin məhv edilməsində şəxsən iştirak edib) başda olmaqla Ermənistan legionunun məqsədi basqınlar törətmək, yəhudiləri qırmaq və alman ordusuna “yararsız” digər şəxsləri məhv etmək olub. Bununla yanaşı, erməni legionu həbs düşərgələrində ölüm marşları təşkil edib. Mərhum tarixçi Rövşən Mustafayevin “Ölüm tanqosu” kitabında erməni qruplaşmalarının yəhudi soyqırımında iştirakına dair çoxlu faktlar göstərilib. Bunlardan biri həmin “Dromedar” dəstəsinin Qərbi Krımdakı əməliyyatıdır. “1941-ci il noyabrın 16-dan dekabrın 15-dək 17645 yəhudi, 2504 karaim, 824 qaraçı və 212 partizan güllələnib. Simferopol, Yevpatoriya, Kerç, Feodosiya, habelə Qərbi Krımın digər rayonları yəhudilərdən təmizlənib” - deyə Rövşən Mustafayev yazıb. Avstriya tarixçisi Erik Fayql öz kitabında Dronun 1942-ci ilin dekabrında Himmlerin yanına getdiyinə dair belə bir qeyd var: “Dronun heç bir vicdan əzabı çəkmədən öldürmək təcrübəsi var idi. Bu isə Himmlerdə böyük təəssürat yaratmışdı”.

“Jewish Journal” qəzetində yer almış məqalədə müəllif onu da qeyd edir ki, bu gün Rusiyanın bir çox KİV-lərinin və Rusiya mədəni mühitinin bu faşistləri milli qəhrəman kimi təqdim etmək vasitəsinə çevrilə bilməsi böyük narahatlıq doğurur. Ermənistanın Rusiyadakı səfirinin 2014-cü il dekabrın 17-də dərc edilmiş müsahibəsini xatırlamaq kifayətdir. Həmin müsahibədə səfir tam mənası ilə bəyan edib: “Xalqın görkəmli oğlu Qareqin Njde hesab edirdi ki, “həyatın əsas qanunu şəxsiyyətin, cəmiyyətin və dövlətin özünütəkmilləşdirməsi uğrunda mübarizə aparmaqdır. Bu mübarizə ölkənin və xalqın durmadan tərəqqiyə doğru can atmasında ifadə olunur”.

İsrailli analitik məqaləsində daha sonra vurğulayır: “Düşünürəm ki, Ermənistan prezidenti Serj Sarkisyanın və nazir Seyran Ohanyanın simasında erməni generalı Dronun varisləri XX əsrin sonunda Azərbaycanın Xocalı şəhərində qanlı kütləvi qətliam törədiblər. Bu baxımdan Serj Sarkisyanın təkcə “Xocalı hadisəsinə qədər azərbaycanlılar fikirləşirdilər ki, biz mülki əhaliyə əl qaldırmayacağıq - biz bu stereotipi qıra bildik” fikirlərini xatırlamaq kifayətdir. Bu sözlər real olaraq sübut edir ki, Serj Sarkisyan və onun Ermənistan hakimiyyətindəki klanı Dro Njdenin əsl və layiqli davamçılarıdır. Xocalıda inanılmaz vəhşilik və qəddarlıqla törədilmiş qanlı soyqırımı aktı XX əsrin sonlarının ən dəhşətli faciələrindən biri oldu. Bu kütləvi qətliamın qəddar və amansız səhnələri Azərbaycan xalqının ürəyində sağalmaz yara olaraq qalacaq. Erməni silahlı birləşmələrinin vəhşiliyi nəticəsində 613 nəfər öldürülüb, 487 nəfər əlil olub, 1275 dinc sakin, o cümlədən qocalar, uşaqlar, qadınlar əsir götürülüb, görünməmiş əzablara, təhqirlərə və alçaltmalara məruz qalıblar. Bu faciə bütün bəşəriyyətə qarşı törədilən cinayətdir”.

Təəssüf ki, Ermənistan hökuməti ölkədə artmaqda olan antisemitizmin qarşısını almaq uçun praktiki olaraq heç nə etmir. İsrailli ekspertin gəldiyi nəticə ondan ibarətdir ki, “Ermənistan millətçilik siyasətini həyata keçirdikcə, özünün iqtisadi və siyasi problemlərində başqalarını ittiham etdikcə, Ermənistanda qalan bir neçə yüz yəhudinin də vəziyyəti ağır olaraq qalacaq”.

Məqalənin tam mətni ilə bu linkdə tanış olmaq mümkündür: 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərdə baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır

Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb

Nəqliyyat və anbar təsərrüfatı sektorunda yaradılan əlavə dəyərin həcmi açıqlanıb

Azərbaycanın futzal yığması Avropa çempionatının seçmə mərhələsinə əsas raunddan başlayacaq

Arxeoloqlar beynəlxalq simpoziumda Azərbaycanın qədim mağaraları barədə məruzə ediblər

Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb

Suriyada qaz kəməri partladılıb

Beynəlxalq İnvestisiya Forumunda imzalanan müqavilələr rəqəmsal inkişaf sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq

Azərbaycanın voleybol üzrə qızlardan ibarət yığmalarının yeni baş məşqçisi müəyyənləşib

Səudiyyə Ərəbistanı ABŞ ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinə yunanıstanlı baş məşqçi təyin olunub

Azərbaycan alimləri beynəlxalq konfransda süni intellekt və kompüter dilçiliyi mövzusunda çıxış ediblər

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Yol polisindən at arabalarını idarə edənlərə xəbərdarlıq

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Britaniya parlamentarilərinə Orta Dəhlizin perspektivləri təqdim olunub

Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Cəlilabadda yaşayış evində yanğın olub

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir VİDEO

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir VİDEO

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub