“JP Morgan”: Neft böhranı birjalar üçün risk yaratmır
Bakı, 23 aprel, AZƏRTAC
Dünyanın ən böyük banklarından olan “JP Morgan”a görə, qlobal neft böhranı birjalar üçün sistematik risk yaratmır.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, “JP Morgan Chase”nin strateqi John Normand bu həftə neftin qiymətindəki kəskin volatilliyin birjalara təsirinin düşünüldüyü qədər qorxulu olmadığını bildirib. O, “Light” markalı xam neftin fyuçerslərinin gözlənilməz şəkildə mənfi 37 dollara enməsinə baxmayaraq, digər aktiv siniflərinin tənəzzül dövrü ilə müqayisədə sabit qaldığını söyləyib.
Neftin qiymətinin ucuzlaşmasının sistematik şəkildə narahatlıq doğurmadığını qeyd edən J.Normandın sözlərinə görə, fond birjaları investorlarının “qara qızıl” qiymətlərini daim izləməsinə ehtiyac yoxdur.
O deyib ki, qlobal bankların hazırda davam edən aktiv alış proqramlarını enerji sektoruna çevirmələri və fiziki istehsalın azalması nəticəsində investorlar daha rahatlayacaqlar.
Xatırladaq ki, neftin qiyməti bu həftə görünməmiş dərəcədə dəyişib, “Light” nefti sıfır səviyyəsindən aşağı düşüb. Hazırda neft qiymətləri yüksəlməyə davam edir, lakin sürətlə artan qlobal tədarük səbəbindən qiymət hələdə də güclü təzyiq altındadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]