KADR HAZIRLIĞI PROQRAMI ÇƏRÇİVƏSİNDƏ DAHA BİR GÖRÜŞ
ARDNŞ-dən AZƏRTAC-a verilən məlumata görə, Almaniyanın Alman Akademik Mübadilə Xidmətinin İnformasiya Mərkəzinin (DAAD) rəhbəri xanım Ulrike Mitterin şirkət nümayəndələri ilə görüşündə məhz tələbə mübadiləsi məsələləri müzakirə olunmuşdur. Qonaq Almaniya universitetləri, o cümlədən Klausthal, Karlsruhe institutları ilə əməkdaşlıq imkanları barədə söz açmış, ölkəsinin təhsil sistemi barədə ətraflı məlumat vermişdir. Xanım Mitter universitetlərə qəbul qaydalarında müəyyən fərqlərə baxmayaraq, ARDNŞ-lə bu istiqamətdə geniş əməkdaşlığa başlaya biləcəklərini vurğulamışdır.
Şirkət rəsmiləri bildirmişlər ki, ARDNŞ-in əsas məqsədi ən yüksək bal toplamış tələbələri beynəlxalq təşkilatların köməyi ilə Avropanın ən nüfuzlu universitetlərinə yerləşdirməkdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılmışdır.