KADR HAZIRLIĞI PROQRAMI ÇƏRÇİVƏSİNDƏ DAHA BİR GÖRÜŞ
ARDNŞ-dən AZƏRTAC-a verilən məlumata görə, Almaniyanın Alman Akademik Mübadilə Xidməti İnformasiya Mərkəzinin (DAAD) rəhbəri xanım Ulrike Mitterin şirkətin nümayəndələri ilə görüşündə məhz tələbə mübadiləsi məsələləri müzakirə olunmuşdur. Qonaq Almaniya universitetləri və institutları ilə əməkdaşlıq imkanları barədə söz açmış, ölkəsinin təhsil sistemi barədə ətraflı məlumat vermişdir. Xanım U.Mitter universitetlərə qəbul qaydalarında müəyyən fərqlərə baxmayaraq, ARDNŞ-lə bu istiqamətdə geniş əməkdaşlığa başlaya biləcəklərini vurğulamışdır.
Şirkətin rəsmiləri bildirmişlər ki, ARDNŞ-ın əsas məqsədi ən yüksək bal toplamış tələbələri beynəlxalq təşkilatların köməyi ilə Avropanın nüfuzlu universitetlərinə yerləşdirməkdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılmışdır.