KAKA “MİLAN” KLUBU İLƏ MÜQAVİLƏNİ 2013-CÜ İLƏDƏK UZATMIŞDIR
AZƏRTAC xəbər verir ki, “Milan” klubunun yarımmüdafiəçisi braziliyalı ulduz Kaka öz klubu ilə müqavilənin müddətini 2013-cü il iyunun 30-dək uzatmışdır. 25 yaşlı futbolçunun əvvəlki müqaviləsi 2011-ci ilin sonunadək qüvvədə idi, pleymeykerin xidmətlərinə isə Madridin “Real” klubu böyük maraq göstərirdi.
Komandanın rəsmi saytı “Milan”ın vitse-prezidenti Adriano Qallianinin sözlərini misal gətirir: “Kaka həmişə deyirdi ki, bizim klubun rəmzi olmaq istəyir. O, məqsədinə nail olmuşdur”.
2007-ci ildə braziliyalı FİFA tərəfindən verilən dünyanın ən yaxşı futbolçusu adına layiq görülmüş, habelə “Qızıl top”un sahibi olmuşdur.
İldə 9 milyon avro qazanan Kaka dünyada ən yüksəkmaaşlı futbolçudur. Siyahıda ikinci yeri müqavilə üzrə 8,52 milyon avro alan “Barselona” futbolçusu Ronaldinyu tutur. Mövsümdə 8,16 milyon avro alan “Çelsi” klubunun yarımmüdafiəçisi Frenk Lempard isə üçüncü yerdədir. “Çelsi”nin ukraynalı hücumçusu Andrey Şevçenko 7,8 milyon avro ilə altıncı yerlə kifayətlənir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [12:28]
Qəbələ-Xankəndi Ultramarafonunda ilk mərhələnin qalibi bəlli olub
- 08.10.2026 [11:32]
Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik
- 08.10.2026 [11:15]
Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb
- 08.10.2026 [11:01]
Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq
- 08.10.2026 [10:22]
Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək
- 08.10.2026 [10:04]