KALİFORNİYADA YÜKSƏK TEMPERATUR NƏTİCƏSİNDƏ QURBANLARIN SAYI 56 NƏFƏRƏDƏK ARTMIŞDIR
AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, Kaliforniyada görünməmiş istilər nəticəsində qurbanların sayı 56 nəfərədək artmışdır. Onların əksəriyəti ahıl adamlardır. Elektrik enerjisi verilməsində fasilələr kondisionerlərin söndürülməsinə gətirib çıxarmışdır, bu isə ölüm hallarının əsas səbəblərindən biri sayılır. Eyni zamanda, bayırda fiziki əməklə məşğul olan adamların ölməsi halları da qeydə alınmışdır. Hazırda patoloqoanatomlar ştatın 14 dairəsində temperaturun yüksəlməsi ilə bağlı bütün ölüm hallarını öyrənirlər.
Bütün Kaliforniyada dalbadal 10 günədək davam edən 40 dərəcə isti hava mal-qaranın da kütləvi tələfatına səbəb olmuşdur. ABŞ-da süd istehsalında birinci yeri tutan Kaliforniya ştatında bu məhsulun tədarükü kəskin surətdə azalmışdır.
Kaliforniyanın şimal və cənub bölgələrində on minlərlə ev işıqsız qalmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]