Kambocada Asiya və Sakit okean regionu ölkələrinin nazirlərinin görüşü başa çatıb
Tokio, 3 mart, AZƏRTAC
Asiya və Sakit okean regionunun 16 ölkəsinin ticarət nazirləri cari ilin sonunadək təklif edilən ticarət müqaviləsinin imzalanması üçün danışıqları fəallaşdırmaq barədə razılığa gəliblər.
AZƏRTAC xəbər verir ki, martın 2-də nazirlər Kambocanın Siemreap şəhərində Hərtərəfli Regional İqtisadi Tərəfdaşlıq üzrə son danışıqlara yekun vurublar.
Müzakirələrdə Yaponiya, Çin və Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) üzvü olan ölkələrin nümayəndələri iştirak ediblər. Nazirlər danışıqları daha az mübahisə doğuran maliyyə xidmətləri mövzusunda davam etdirmək barədə razılığa gəliblər.
Onlar, eyni zamanda, cari ilin birinci yarısında Hindistanda və Tailandda seçkilərin keçiriləcəyini nəzərə alaraq, tariflərin tətbiq edilməməsi nəzərdə tutulan ayrı-ayrı ticari əmtəələrin faizləri barədə mübahisə doğuran məqamların müzakirəsinin sürətləndirilməsi barədə razılıq da əldə ediblər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:30]
Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]