KAMBOCANIN KRALI ƏLAHƏZRƏT NORODOM SİAMONİYƏ
Əlahəzrət,
Kamboca Krallığının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün Kamboca xalqını şəxsən öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Kamboca arasında yaranan münasibətlər daim xalqlarımızın rifahına xidmət edəcəkdir.
Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza əmin-amanlıq və tərəqqi diləyirəm.
Hörmətlə,
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı, 1 noyabr 2005-ci il.