KAMERUN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB POL BİYAYA
Hörmətli cənab Prezident,
Kamerun Respublikasının milli bayramı - Unitar dövlətin elan edilməsi günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.
Ümidvaram ki, ölkələrimiz arasında təşəkkül tapmaqda olan münasibətlər dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.
Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza sülh və tərəqqi diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 3 may 2010-cu il.