Kanada 155 mm-lik mərmi istehsalını artırmaq niyyətindədir
Bakı, 7 mart, AZƏRTAC
Kanada Müdafiə Nazirliyi Ukraynada gedən döyüşləri nəzərə alaraq 155 mm-lik artilleriya mərmilərinin istehsalını artırmaq niyyətindədir.
AZƏRTAC xəbər verir ki, bunu Kanadanın milli müdafiə naziri Uilyam Bleyr Ottavada keçirilən Təhlükəsizlik və Müdafiə Konfransında deyib.
“Ukraynada döyüşün xarakteri əhəmiyyətli dərəcədə dəyişib və bizim bu təcrübəni öyrənmək imkanımız var”, - o deyib. Bleyr qeyd edib ki, xüsusilə, çox miqdarda artilleriya mərmilərinə ehtiyac yaranıb.
"Buna görə də mən bu gün elan edirəm ki, biz “General Dynamics Ordnance and Tactical Systems” və “IMT Defence”a istehsalı modernləşdirməyi və 155 mm-lik mərmilərin istehsalı üçün gücü artırmaq üçün 4,4 milyon Kanada dolları (3,25 milyon dollar – red.) sərmayə qoyuruq”, - nazir əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [22:16]
ABŞ rəsmiləri və İran nümayəndə heyəti arasında görüş olub
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]
Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır
- 22.09.2026 [19:36]