Kanada 2015-ci ildən bəri 40 mindən çox ukraynalı hərbçiyə təlim keçib
Bakı, 7 mart, AZƏRTAC
2015-ci ildən bəri kanadalı təlimatçılar 40 mindən çox ukraynalı əsgər və zabitə təlim keçib.
AZƏRTAC xəbər verir ki, bu barədə Kanadanın milli müdafiə naziri Uilyam Bleyr Ottavada keçirilən Təhlükəsizlik və Müdafiə Konfransında bildirib.
Nazir deyib ki, ukraynalılar digər məsələlərlə yanaşı, taktika, komandanlıq, nəzarət və ərazilərin minalardan təmizlənməsi üzrə təlim keçiblər. Bleyr əlavə edib ki, Ottava “lazım olana qədər Ukraynanı dəstəkləyəcək”.
Kanada Silahlı Qüvvələri 2015-ci ildən Lvov vilayətindəki Yavoriv poliqonunda Ukrayna ordusunun əsgər və zabitlərinə təlim keçir. Lakin 2022-ci ilin fevral ayının əvvəlində onlar öz hərbi təlimatçılarını digər Avropa ölkələrinə köçürmək qərarına gəliblər. 2023-cü ildə Kanadanın Baş naziri Castin Trüdo kanadalı təlimatçıların 2026-cı ilə qədər Ukrayna ordusu üçün təlimləri davam etdirəcəyini açıqlamışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [22:44]
Zelenski: ABŞ Prezidentinin köməyi ilə qışa qədər müharibə başa çata bilər
- 22.09.2026 [22:35]
Tramp: Putin və Zelenski müharibənin başa çatmasını istəyirlər
- 22.09.2026 [22:16]
ABŞ Prezidenti: İranla görüş çox yaxşı keçdi
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]