Kanadada yaşayan soydaşlarımız erməni təxribatlarına etirazlarını bildiriblər


Bakı, 2 oktyabr, AZƏRTAC
Kanadada yaşayan soydaşlarımız erməni təxribatına etiraz edərək bu ölkənin hökumət nümayəndələrinə, parlament üzvlərinə və digər yerli səlahiyyətli şəxslərə bəyanatlar ünvanlayıblar.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, bəyanatlarda Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətləri sadalanıb, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini yerinə yetirmədiyi, habelə beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymadığı, təxribatçı hərəkətlərini davam etdirməklə regionda daha da təhlükəli vəziyyət yaratdığı vurğulanıb. Dünya dövlətlərinə və beynəlxalq təşkilatlara çağırış edilərək, regionda sülh və sabitliyin təmin olunması üçün Ermənistan dövlətinin Azərbaycanın işğal altındakı torpaqlarından dərhal çıxarılmasına təsir göstərilməsi istənilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.05.2025 [18:06]
Azərbaycan ilə Oman arasında ilk konsulluq məsləhətləşmələri keçirilib
- 19.05.2025 [12:01]