SİYASƏT
Kanadanın Hamilton şəhərində Azərbaycan bayrağı ucaldılıb




Bakı, 30 may, AZƏRTAC
Kanadanın Ontario əyalətinin Hamilton şəhərində 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan Bayrağının qaldırılma mərasimi təşkil edilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Hamilton Azərbaycan icmasının təşkilatçılığı ilə şəhərin “City Hall” mərkəzində baş tutan mərasimdə üçrəngli Bayrağımız Azərbaycanın Dövlət Himninin sədaları altında səmaya qaldırılıb.
Bayram sevinclərini bölüşən Azərbaycan icmasının üzvləri dövlət Bayrağımızın fonunda xatirə şəkilləri çəkdiriblər.
Soydaşlarımızın qürurlu və sevincli anlarını fotoobyektivə bu yaxınlarda Toronto Azərbaycan Evində sərgisi keçirilən fotoqraf İsmayıl Hüseynov köçürüb.
Qeyd edək ki, Hamilton şəhərində Azərbaycan Bayrağı mayın 26-29-da dalğalanıb.