KARATEÇİLƏRİMİZ ÜMUMİ KOMANDA HESABINDA İKİNCİ YERİ TUTMUŞLAR
Gürcüstan, Rusiya, Ukrayna və Belarusdan 100-ə yaxın idmançının mübarizə apardığı yarışlarda Azərbaycanı məşqçi Şahin Xudaverdiyevin rəhbərliyi ilə 5 karateçi təmsil etmişdir. Avropa və dünya çempionatlarının bürünc mükafatçısı, dünya kubokunun sahibi Şahin Atamov (70 kq) bütün rəqiblərini məğlub edərək, turnirin qızıl medalını qazanmışdır.
Həmin çəki dərəcəsində Orxan İmanov ikinci yer tutmuşdur. Gülarə İsmayılova şəxsi kata üzrə qızıl, komanda kata üzrə bürünc medal əldə etmişdir. Yeniyetmələrin yarışında isə Rüstəm Novruzov şəxsi kata üzrə birinci yerə çıxmışdır.
Beləliklə, idmançılarımız ümumi komanda hesabında ikinci yer tutmuşlar. Gürcüstan karateçiləri isə birinci yer tutaraq, “Qafqaz kuboku”na sahib olmuşlar.
Xatırladaq ki, bu kuboku ötən il Azərbaycan karateçiləri qazanmışdılar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [14:09]
Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar
- 02.10.2026 [12:52]
Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq
- 02.10.2026 [12:41]
AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub
- 02.10.2026 [12:12]
UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub
- 02.10.2026 [12:07]