“KASPİAN MOTOR ŞOU-2006” AVTOMOBİL SƏRGİSİ AÇILMIŞDIR
ADDA-nın sədri Natiq Zərbəliyev bilirmişdir ki, artıq 4-cü dəfə keçirilən sərgi bu dəfə açıq havada, dəniz kənarında təşkil olunmuşdur. O, qeyd etmişdir ki, 3 gün davam edəcək avtoşouda dünya şöhrətli şirkətlərin Azərbaycandakı rəsmi dilerləri və distribüterləri 50-dən çox avtomobil nümayiş etdirəcəklər.
Artıq sərgidə “Nissan”, “Ford”, “Pejo”, “Mersedes-Bens” kimi məşhur şirkətlərin yeni modellərinin təqdimatı olmuşdur.Təqdimat zamanı şirkətlərin nümayəndələri yeni avtomobillərin texniki xarakteristikası barədə ətraflı məlumat vermişlər.
İyulun 28-də Avtoşou çərçivəsində ənənəvi “Miss-avto” gözəllik müsabiqəsi keçiriləcəkdir.
Sərgi iyulun 30-dək davam edəcəkdir.