Keçən il Azərbaycandan 7,7 milyard kubmetrədək təbii qaz göndərilib
Bakı, 8 iyun, Nihad Budaqov, AZƏRTAC
Azərbaycandan ötən il ümumilikdə 7 milyard 691 milyon kubmetr təbii qaz ixrac edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) illik statistik hesabatında deyilir.
Ötən il Xəzəryanı ölkələrdən Rusiyanın qaz ixracı 212 milyard 486 milyon kubmetr, Türkmənistanın 39 milyard 1 milyon kubmetr, Qazaxıstanın 13 milyard 507 milyon kubmetr, İranın isə 12 milyard 927 milyon kubmetr olub.
İllik təbii qaz ixracına görə dünyada ilk sırada Rusiya (212,4 milyard kubmetr), ikinci yerdə 128 milyard 645 milyon kubmetrlə Qətər, üçüncü sırada 122 milyard 485 milyon kubmetr ilə Norveç, dördüncü yerdə 89 milyard 718 milyon kubmetrlə ABŞ, beşinci sırada isə 84 milyard 679 milyon kubmetr ilə Kanada qərarlaşıb. Dünyada illik qaz ixracı ən az olan ölkə 19 milyon kubmetrlə Meksikadır.
Keçən il qlobal təbii qaz ixracı 1 trilyon 178 milyard 232 milyon kubmetr olub. Bunun 21,6 faizi, yəni illik 254 milyard 627 milyon kubmetri OPEC-ə üzv ölkələrdən ixrac edilib. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv ölkələr üzrə illik qaz ixracı 475 milyard 700 milyon kubmetr, keçmiş Sovet İttifaqına üzv ölkələr üzrə isə 282 milyard 803 milyon kubmetr təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]