Keçmiş məcburi köçkün: Füzuliyə qayıtmaq ən böyük arzumuz idi
Bakı, 23 aprel, AZƏRTAC
Mən ikinci dəfədir ki, Füzuli şəhərinə gedirəm. Onda elə Allahdan dilədim ki, tezliklə bu doğma yurda birdəfəlik köçək.
AZƏRTAC xəbər verir ki, bu sözləri Füzuli şəhərinə qayıdan keçmiş məcburi köçkün Məxmər Quliyeva deyib.
"31 illik - ən böyük arzumuz idi. Düşünürəm ki, bundan böyük hədiyyə, bundan böyük xoşbəxtlik ola bilməz. Uca yaradan bu günü bizə bəxş edən Prezidentimizdən razı olsun. Şəhidlərin ruhu şad olsun, qazilərə cansağlığı diləyirəm",- deyə o əlavə edib.