Kemeron: Tacikistana səfər edən ilk britaniyalı xarici işlər naziri olmaqdan şadam
London, 23 aprel, AZƏRTAC
Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Mərkəzi Asiya ölkələri ilə Birləşmiş Krallığın əlaqələrini gücləndirmək məqsədilə Tacikistana səfər edib.
AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində nazir Tacikistan Prezidenti Emoməli Rəhmon ilə görüşüb. O, Tacikistana səfər edən ilk britaniyali xarici işlər naziri olmaqdan şad olduğunu qeyd edib.
Bildirib ki, biznes, iqlim dəyişikliyi və terrorla mübarizə kimi əsas sahələrdə Britaniya və Tacikistan arasında əlaqələr daha da genişlənə bilər.
Kemeron səfər çərçivəsində Qırğızıstan, Özbəkistan, Türkmənistan, Qazaxıstan və Monqolustana da səfər edəcək. Həmin ölkələr ilə ticarət, təhlükəsizlik və ekoloji əlaqələri gücləndirmək məqsədilə diplomatik danışıqlar aparacaq.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [14:28]
Birləşmiş Ştatların gündəlik neft hasilatı azalır
- 16.10.2026 [14:27]
ABŞ-nin neft ehtiyatları azalıb
- 16.10.2026 [13:43]
Fransa 2027-ci il üçün Aİ büdcəsinə 30,91 milyard avro ayıracaq
- 16.10.2026 [13:25]
Türk nazir: İstanbul tarixinin ən böyük sel fəlakətlərindən birini yaşadı
- 16.10.2026 [12:38]
Qırğızıstanda seçkilər ərəfəsində İctimai Müşahidə Mərkəzi yaradılacaq
- 16.10.2026 [11:46]